Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Balaca Shehzade-Küçük Prens-Antuan De Sent-Ekzüperi-Eziz Gözelov-Yaqut Qurbanova-2001-29s

3674
0
2017/7/28
Oy Sayısı 1
Oy Sonucu 5

Balaca Shehzade-Küçük Prens-Antuan De Sent-Ekzüperi-Eziz Gözelov-Yaqut Qurbanova-2001-29s

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu medeniyyet.info-ya bildirib ki, söhbət Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasından gedir. “Balaca şahzadə” bir çox yeniliklərlə zəngin olacaq. “Teatrımız bu il üçün növbəti Beynəlxalq layihənin hazırlıqlarına başlayıb. “Balaca şahzadə” tamaşası dünyanın müxtəlif ölkələrində yaşayıb-yaradan sənət adamlarının birlikdə araya-ərsəyə gətirmək istədiyi bir layihədir. Belə ki, tamaşanın bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, xoreoqrafı Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist, teatrımızın Baş xormeysteri Vaqif Məstanov, quruluşçu rəssamı əsərləri müxtəlif Beynəlxalq sərgilərdə uğurla nümayiş olunan çox istedadlı gənc rəssam Məryəm Ələkbərlidir. Məryəm Ələkbərlinin İtaliya, Almaniya, Türkiyə, Latviya, Fransada və xüsusi olaraq YUNESKO-da fərdi sərgiləri hər zaman böyük maraq doğurub. Bu səhnə əsərinə verdiyi quruluşda fərqli yanaşma tərzi yəqin ki, nəticədə ümumi işə xüsusi rəng qatacaq. Tamaşanın səhnə qrafikası isə Mehdi Məmmədova məxsusdur. Hazırladığımız səhnə əsərinin fərqli cəhətlərindən biri də baş rolu – Balaca şahzadə rolunu iki azyaşlı ifaçının – Rahib Məmmədovun və Atilla Məmmədovun canlandırmasıdır. Adətən bu tamaşada baş rolu professional aktyorlar oynayıblar. Amma biz azyaşlı ifaçılara etimad göstərmişik. Yeri gəlmişkən, Rahib Məmmədovu tamaşaçılar Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” tamaşasından yaxşı tanıyırlar. Tatrın Yradıcılıq Studiyasında kamilləşən balaca aktyor “Yatmış gözəl və cırtdanlar” tamaşasında da Şahzadə Uilli rolunu uğurla ifa edib. Atilla Məmmədov isə bu il “Testene Art” Beynəlxalq İncəsənət Müsabiqəsində “Akademik vokal” nominasiyası üzrə qalib olub. Həmçinin Azrəbaycan və Gürcüstanın birgə təşkil etdiyi “Gələcəyin ulduzu” V Beynəlxalq müsabiqəsində II yeri tutub. 2016-cı ildə Türkiyədə keçirilən “O səs çoçuqlar” yarışmasında finalçı olub.

Yayın Yılı:
2001 (Miladi)
Sayfalar:
29
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz