Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Məhsəti Gəncəvi Nəğmələi - Rafael Hüseynov - Rizvan Sədrixanov

6968
0
2015/1/24
Oy Sayısı 1
Oy Sonucu 7

Azərbaycan uzunömürlülər diyarıdır. Bu yurdda yaşı yüzü ötüb keçənlər az deyiL. Lakin bu torpağın yaşı doqquz yüzü haqlayan Məhsəti Gəncəvi kimi də övladları var. Məhsəti ömrü onun sənət yadigarlarında, həmişəcavan rübailərində davam edir. Məhsəti XII yüzillik Azərbaycan şeirinin Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani kimi sənət nəhəngləri ilə bir sırada ulduz kimi parlayır. Onun şeirləri səkkiz yüz il bundan əvvəlki təravətini saxlayır, bu gün də sevilir, yeni-yeni pərəstişkarlar qazanır. Şairənin ömür yolu haqqında əldə olan məlumatlar azdır. Əsrlər boyu onun haqqın¬da qoşulmuş əfsanələr, söyləmələr içərisində torcütneyi-halırun bir çox gerçək cizgiləri unudulub getmişdir. Məhsəti 1113-cü ildə Gəncədə anadan olub.

Məhsətinin əri Tacəddin Əmir Əhməd də şair idi və "Puri-Xətib", "İbn əl-Xətib" tə-xəllüsü ilə şeirlər yazardı. Məhsətinin bir sıra şeirləri elə Puri-Xətibə həsr edilmişdir. Onların məhəbbət macəraları Cövhərinin qələmə aldığı "Məhsəti və Əmir Əhməd" əsərində əks olunub. Bu əsərin nüsxələri Bakıdakı Əlyazmalar İnstitutunda, Brita-niya Muzeyində və Türkiyədəki Carullah Kitabxanasında saxlanılır. Müxtəlif dillərə çevrilərək nəşr edilərsə, bu əsər də məşhur məhəbbət dastanları kimi böyük şöhrət qazana bilər.

Demək olar ki, bütün yaradıcılıq fəaliyyəti Gəncə mühiti ilə bağlı keçən Məhsəti müxtəlif illərdə Bəlx, Mərv, Nişapur kimi şəhərlərə səfərlərdə olmuşdur.

Məhsəti Sultan Məhəmməd və onun oğlu Müqisəddin ii Mahmud dövründə şair kimi şöhrətlənmiş, sonralar Mərvə səfəri zamanı bir qonaq kimi Sultan Səncər sarayına da dəvət olunmuşdu. Bu haqda Fəridəddin Əttarın "İlahinamə"sində, Dövlətşah Səmərqəndinin "Təzkirət üş-şüəra"sında məlumatlar var.

Məhsəti hərdən saraya dəvət edilsə də, poetik yadigarlarının mövzu və ideya istiqa¬mətinin, obrazlar sisteminin açıqca göstərdiyi kimi, əsl xalq sənətkarı, el şairi tək tanınmışdır...

Tercümanlar:
Yayın:
Şərq-Qərb
Yayın Yılı:
2013 (Miladi)
Sayfalar:
73
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz