Türk Xalqlarının Ortaq Ata Babaları - Mövlud Uluğtəkin Yılmaz

3986
0
2014/12/12
Oy Sayısı 2
Oy Sonucu 5

ÖNSÖZ

Qiymətli oxucu .. Bu kiteb nə bioqrafik bir əsərdir; nə də elmi bir tədqiqat işidir: Həqiqətlərin ozan könlüylə bir ifadəsidir!

Əsərləriylə, fəaliyyətləriylə Türk millətinin böyüklüyünü ucadan hayqıran alimlər, sənətkarlar; qəhrəmanlar sıra dağlar kimi tarixin bağrına düzülmüşlər. Aldim qələmi əlimə, o ulu dağları gəzdim Gördüklərimi, bildiklorimi yazdım.

Şe'rlərin qanadlarına minib, türklüyün məksnınə əzəldən gəlib əbədiyyətə gedəcək olan o sıra dağların zirvələrini dolaşdım. Tarixin qatı həqiqətləri ilə atbaşı olaraq duyğularımı, düşüncələrimi yarışdırdım....

 

 

Dəyərli oxucu!

Ata-babalarımız, əlbəttə, bu qədər deyil..

Türk xalqlarının bir çox ortaq ata-babası var. Bir başqa deyimlə; Türk mədəniyyətinin bağrında bir çox ulu dağ var.

Biz bu kitabda Türk mədəniyyətində dəryadəniz olan ulu şəxsiyyətlərdən bə'zi nümunələr verdik: "Ön söz"də də ifadə etdiyimiz kimi; bu kitab nə elmi bir tədqiqat, nə də bioqrafik bir əsərdir. .. Bu kitab, türklüyə sevdalı bir aşığın kônliinden doğan duyğuların yazıya keçirilməsidir... Qısacası, əlinizdə mədəniyyət baxçamızdan seçilmiş kiçik bir gül dəsti var!

Əksiklərimiz xoş görülə ..

Hörmətlə, Mövlud UIuğtəkin Yılmaz

Yayın:
Göytürk
Yayın Yılı:
1997 (Miladi)
Sayfalar:
211
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz