Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Türk Lehceleri Önekleri - Yaşayan Ağız Ve Lehceler -II-Saadet Çağatay -1972 - 265s

11302
1
2017/1/23
Oy Sayısı 1
Oy Sonucu 7

Türk Ləhcələri Önəkləri

Yaşyan Ağız Və Ləhcələr -II-

Saadət Çağatay

1972   

265s

---------------

azerbaycan türkcesi ağızları

B.R

1- Təbriz ləhcəsi

2- Qaradağ ləhcəsi

3- Yamçı ləhcəsi

4- Uyğur ləhcəsi

5- Marağa ləhcəsi

6- Ərdəbil ləhcəsi

7- Zəncan ləhcələri

8- Həmədan ləhcəsi

9- Xələc ləhcəsi

+

Türk Lehcələri Örnekleri-VIII Yüzyıldan XVIII Yüzyıla Kadar-Yazı Dili-I-Saadət Ş. Çağatay –Ankara-1977-391s

--------------------------

1 – Təbriz ləhcəsi

Şimali Azərbaycanın Şəki ləhcəsinə yaxın olan bu ağız, Təbriz və onun ətrafında olan iri-xırda şəhər və qəsəbələrdə danışılan dildir. Bu ləhcə Təbrizin cənubunda yerləşən Üskü, Xosrovşəhr, Azərşəhr və onların tabeliyində olan kəndlərdə işləndiyi kimi, Səhəndin şimal ətəklərində yerləşən kəndlərin, Mehranrud çayının qərbindəki məntəqədə olan Basmınc və ətrafı ilə, Herbi, Bərə, Liqvan, Sparaxan, Xələtdükan kimi yerlər az fərqlə bu ləhcədə danışırlar. Bu ləhcə ən əsgi Türk dilinin özəlliklərini daşımaqla bərabər, bu günkü dil qaydalarına çox da uymayan, xususiylə Təbrizdə incə və qaba səssizlərinin uyuşmazlığını görmək mümkündür.

Yuxarıda adı çəkilən kəndlərdən Herbi-Bərə-Liqvan kimilərinin adları və geyimləri, onların barəsində deyilən hekayələr və həmçinin torpaqlarının otlu, ələflı və suyunun bol olduğu, onların çox qədimdən oralarda yaşadıqlarını göstərir. O bölgədəki kəndlərin böyük əksəriyətində az zaman bundan öncəyə qədər qoyun dərisindən geyim və papaq hazırlanıb istifadə edilirdiki bəzi yaşlılarında bu gündə elədir. Bəzi kəndlər haqqında yayılan bir hikayəyə əsasən Kərbəla savaşı zamanı onlar varmışlar, ancaq muharibəyə qoşulmamaq üçün öküzə minib yola düşüblər. Sparaxanın bir Hün Kəndi olduğunu o adın Hün sərdarı adından gəlməsiylə bağlamaq olar. Hər halda, hələ “r” səsinin dilimizə keçmədiyi dönəmə aid bu ləhcədə qardaşa – qəydəş, Rəhimə – Yəhim, gəlirəmə – gəliyəm deyildiyi kimi Təbrizlilərin gəlsəke – gəlsux işlətməsinə baxmayaraq adı çəkilən kəndlərin bəzilərində (Herbi-Bərə) onun gəlsox şəkilində işləndiyi görünməkdədır. Bu ləhcədə sözlər uzadılır, ancaq təhəkküm qabalığı davam edir. Səs uyuşumu, xususilə incə səssizlərdən sonrakı yapışdırmalar və əklər səs qaydasını pozar, gələcəyəm yerinə gələcağam işlənər. böyük fel gücünə sahib olan Türkcə onun umumi qaydalarının pozulmasına icazə verməmişsə də, oxumuş kütlənin dilinə keçmiş xarici sözlər az deyil, ancaq Təbrizlilərin anadilində yeni sözlər kəşf etmədəki böyük qabiliyətini nəzərə alsaq bu bölgənin söz dağarcığının çox dolu olduğunun səbəbini öyrənmək olar. Təbriz ləhcəsinin başqa bir özəlliyi də indiki zamanın üçüncü şəxsindəki fellərin sonuna onun son səslisinə tabe olaraq “i”, “ı”, “u”, “ü” artırılmasıdır (gəliri – qalxırı)

Təbriz şəhərində öz içində yaxın keçmişə qədər üç ayrı danışıq forması mümkün idi:

– Şimal qərb məhəllələrində yəni Şamqazan, Hokmabad, Münəccim, Qarağac

– Dəvəçi, Əmrəqiz, Lilava, Xətib

– Şeşgilan, Bağmeşə, Xiyaban, Maralan və mərkəzı bölgələr

Ancaq son zamanlarda kəndlərdən olan köçün muxtəlif cəhətlərdən müsbət təsir göstərdiyinə görə ağızlar bir birinə yaxınlaşdığı kimi umumiləşmış olması da görünməkdədır.

 

2 – Qaradağ ləhcəsi

Cənubi Azərbaycanda ən düzgün danışılan Türkcədir. Çox sərt və təmamən dil qaydalarına riayət edildiyi bir ləhcə olmasına baxmayaraq istər qaba, istər incə səssizlər daşıyan fellərin sərfi bütün hallarda yumuşaq səssizlərlə amma sərt olaraq davam edər; gəlmək felinin sərfı, gələciyəm, gələcəklər deyildiyi kimi, almaq felində də alaciyəm, alaceyik, alacəklər formasında işlənir. Bundan başqa qayda pozuntusu olmayan bu bölgənin bəzi kəndlərində “x” hərfi yoxdur. Xususilə Ərəb sözü olaraq dilimizə keçmiş olan sözlərdə “x” yerinə “h” işlənir. Misal üçün: Xurma-ya “Hurma”, xanım-a “hanım” deyilir. Daha öncə adını çəkdiyim Mehranrud çayının həmən şərqində yerləşən Dizə kəndində Əsgər Dərzı oğlu Rəhim, klassik savadı olmayan mənim musahibim Türkcəni ən gözəl danışan bir numunə kimi hələ də yaşamaqdadır. “R” ilə başlayan sözlərın başına “i” səsı artıraraq, Rəhimə – İrəhim deyilən bu bölgədə dilimizin öz qayda və qanunlarını saxlamaqdan başqa, bu gün çox yerlərdə ölmüş və hətta şimalin ədəbi dilindən çıxmış bəzi xususiyyətlər hələ də qorunmaqdadır. Diri və canlı heyvanı bir tərəfə aparmağa, “aparmaq” dedikləri halda, əliylə və ya çiyin və kürəkdə daşına bilən cansız maddələrin daşımasında “götürmək” felindən istifadə edirlər.

Misal: Malları suvarmağa və ya otarmağa apar. Biçinçilərin ikindi çörəyini ğötür.

Cik şəkilcəsındən istifadə edərək, bir sifətin kəmiyətini kiçitmək üçün geniş istifadə olunur. Məsələn: bildir (keçən il) “puturaq” olan bizim alma bağında bu il ağaclar “azcacıq” gətirib.

Bu ləhcənin danışıldəğı yerləri, Təbriz ləhcəsindən ayıran Mehranrud çayının həmən şərqindəki Dizə kəndindən başlar, Səhənd dağlarının şərq ətəklərindəki Mətənəq, İranaq, Seysandan keçər, Sərəskənd, oradan Marağa əyalətinin şərqindəki Sayın Qaladan keçib, Bostanabad, Miyana, Sarab, Qaradağ və Əhərdən sonar Xivə və Muğanın bir qismətin öz ortuyu altına alar. Dar bir boğazla Arazın qırağıyla Culfanı keçər və Qaraqışlaq, Bəycan, Ərəblər, Nazik, Mərgənlər, Qaraquluqlar, Mərkit və Qayqac, Qərə əyindən sonra yavaş – yavaş Urmu şivəsinə yaxınlaşar. Gözə çarpan xusus, bu bölgənin çoxunda Dədə Qorqud həkayələrinin islam donu geyinmiş şəklinin hələ də sinələrdə və dillərdə olmasıdır. Klassik savadı olmayan ancaq bu həkayətlərin çoxunu sinədəftər olan Dizə kəndindəki mənim ikinci musahıbım Heydər oğlu Hüseynqulu bu sözlərin diri şahididir.

3 – Yamçı ləhcəsi

Şimali Azərbaycanın Naxcıvan və xususilə Ordubad ağzına yaxın olan bu ləhcənin mərkəzini Mərənd şəhəri saymaq olar. Sofiyan, Yamçı, Güney mahalı şəbüstər, Xaminə, Dizə xəlil, Dəryan, Şanıcan, Gəmıçidən sonra Urmu gölünün şimalin Qapsar, Zunuz, Gəlinqaya, Ələmdar – Gərgənin cənub kəndləri və Mərənd düzündə Yamçı, Yekan mahallarından Evoğlu və ordan sonra Ağçayda yavaş – yavaş Qaradağ ləhcəsinə yaxınlaşır. Bu ləhcədə pozqunluğun az olmamasına baxmayaraq, Qaradağ ləhcəsinin tərsinə sözlər daha yumuşaqdır. “Qablama yerinə qəbləmə”, “qapaq yerinə qəpəq” dedikləri kimi, qardaş yerinə qərdəş sözü işlənər. Ancaq səs uyuşumu tam olaraq riayət edilir. Fel az uzanır, Təbriz ləhcəsiylə Qaradağ ləhcəsi arasında yer tutar. Zunuz və Mərəndin özü ən qədim yerləşim mərkəzlərindən olmasına baxmayaraq Yam gədiyindəki Yam kəndi və ətraf kəndləriylə Mərənd ovasındakı Yamçı və ona tay kəndlərin Muğul köçləriylə gəldikləri bəllidir. Çünki həm o kəndlərin adının Muğulcaya yaxın olması, həm də ləhcələrinin qarışmasına baxmayaraq bəzi özəllikərin qoruyub saxlamışdır. Ancaq bütün bunlarala bərabər o hududlar daxilindəki ləhcə çox əsgi və orta dillərin bir-bir ilə qarışıb, tərkibləşməsindən xəbər verir. Bu bölgədə neçə məsələyə diqqət yetirmək lazimdir.

Sofiyan və ətrafında bütün fellərin ikinci şəxsinin keçmişdəki halını göstərmək üçün felin səssizlərinə ğörə, “ddi”, “ddı” və s. işlədirlər. Misal üçün: Gəlibdi yerinə gəliddi, vurubdu yerinə vuruddu və s. deyilir. Maraqlı olan budur ki Uyğur-Avşar adı verdiyimiz Urmu ləhcəsinə tabə olan Salmas şəhərındə, özəlliklə Muğancıqda da eyni badisə görünməkdədir. Bu ləhcənin ərazisinə daxil olan və Urmu gölünün şimalinda yerləşən, Borçalı, özəlliklə Qıpçaq kəndinin xalqı bam başqa bir ləhcəyə yiyələnmişlər, hətta bu məqalədə qeyd edilən ləhcələrdən heç birinə tabə deyillər. Bura da bir xususiyyətı də dərc etmək gərəkdir, o da bu kənd əhalisinin gözlərinin rəngi və qıyıqlığındakı fərqin gözə çarpmasıdır.

4 – Uyğur ləhcəsi (Urmu)

Cənubi Azərbaycan Türkcəsinin ən düzgün danışılan ləhcələrindən biridir. Sovuqbulaq yaxınlığından Sulduz Qarapapaqlarına, ordan da Urmu-Salmas-Xoy və Türkiyə hududlarına qədər uzanan bölgənin çox gözəl dil xususiyyətləri və uyumları var. Məqalənin sonunda bir cədvəl veriləcəyinə baxmayaraq, burada qismən mubahisəyə qoyulmasını uyğun görurəm. Muxtəlif ləhcələrin muxtəlif zamanlarında, birinci, ikinci, üçüncü şəxslərə aid fel tətbiqində işlədilən mənsubiyətin çeşitliyinə görə aşağıdakı izahati vermək mümkündür. Ancaq onun ən doğrusunu xususən ikinci şəxsin tək və cəm şəkliylə bu ləhcədə görmək mümkündür. Ata sözündən üç ləhcədə missal verilirsə:

Bu barədə diqqəti çəkən məsələ budur ki istər Türkiyədəki, istərsədə Şumali Azərbaycandakı rəsmi dildə yiyəlik mənsubiyətinin bütün halarında “nı” vəya ”ni” işlədilir. Misal üçün: “Sən atanı sevməlisən” vəya ”atanı sevərlər”. Halbuki Urmu ləhcəsində ” sən atayın sevməlisən ” vəya ” atanı sevərlər”. Bu ləhcənin danışıldığı bölgədə aşağıdakı xususiyətlərə diqqət yetirilməlidir. Urmiyə ilə Salmas arasındakı Qüşçü gədiyinin şimalındakı Qarabağ bölgəsindəki danışıq dili əsas ləhcə ilə fərqli olaraq Şimali Azərbaycanın qərb dialektinə yaxındır.

Urmunun 10-12 km. Qərbindəki Yiyen Çonqaralısı kəndlərində danışılan dildə kəndlərin adında olduğu kimi əski “ng” səsi də saxlanılmışdır. Misal üçün bu və bəzi bunlara yaxın kəndlərdə gəlirsən yerinə “gəlirəng”, qalirsan yerinə “qalırang” və s. deyilməkdədir. Bu barədə açıqlanması vacib olan bir xusus da ondan ibarətdir ki Doğu Türküstanda (Uyğurustan) Çinlərin bu gün “Yangçing” yəni yeni Çin dedikləri bölgədə Urumçu şəhrinin qərbindəki çonqaralı adında bir qəsəbə movcuddur. Urmudakı çonqaralılarla Urumçudakı çonqaralı arasındakı bağ və ilişgiləri anlamaq üçün onların dillərindəki yaxınlığı öyrənmək kafidir.

Uyğur-avşar adı verdiyimiz bu şivə əslində qeyd edilən Uyğur Türkcəsiylə Xorasandan və sonraları Türkiyədən gəlmiş Avşar ellərinin dil qarışımından meydana gəlmiş bir ləhcə olaraq qəbul edilə bilər. Dil qaydalarının tam olaraq riayət edildiyi bu bölgədəki danışıqlarda səs uyuşumu bütün məntəqədə hiss edilir. Ancaq bütün şəxslərdə gedən olum əklərində felin kökü istər qaba, istər yumuşaq səssizlərlə düzəlmiş olsun, cə ilə bağlanır. Qaradağ və Təbriz ləhcəsiylə muqayisə edilirsə aşağıdakı cədvəli hazırlamaq olar:

Sözün Əsası : Yiyəcəyəm – Qalacağam

Qaradağ ləhcəsi : Yiyəciyəm – Qalaciyəm

Uyğur-Avşar ləhcəsi : Yeyəcəyəm – Qalacəyəm

Təbriz ləhcəsi : Yiyəcağam – Qalacağam

Bu ləhcənin ən gözəl örnəyi Urmunun 6 km. qərbindəki Qarahəsənli kəndi olmaqla bərabər, o ətrafdakı kəndlər yəni, Zeynallı, Yorqanlı, Balov, Gecin, Velində, Qala, Torpaq qala, Qarağac da göstərilə bilər. Maraqlı olan hal isə Urmudakı sünni kəndləri və salmasdakı Muğul kimi sünni kəndlərində daha düzgün Türkcənin danışılmasıdır. Gerçi Salmasın Muğancıq, Xoyun Pərə, Sulduzun Məmmədyar kimi kəndlərinin özünəxas şivələrin unutmamaq lazımdır. Bu ləhcədə danışanların da Qarabağ ləhcəsində olduğu kimi “R” səsindən sözlərin başlanıcığında istifadə etmədikləri görünmədədir. Elə sözlərin başına “i” və ya “ı” səsi artıraraq işlədilir. Ancaq Təbriz və Marağa ləhcəsinin tərsinə “R” sesi sözlərin ortasında istifadə edilməkdədir.

5 – Marağa ləhcəsi

Bu ləhcə Səhənd dağlarının cənub ətəklərindəki kənd və şəhərlərində yayqındır. Marağadan şərqə tərəf Sərəskənd hududlarına qədər, yeni Qartovol və Şəlləvənd dərəsinə, Daşatandan cənub doğrultusuna Sayın Qala, Miyandoab (Qoşaçay) aralığından Sovuqbulaq yaxınlarına və Cığatı, Tığatı çaylarının düzlük və ovalarından Məlikan, Binab, Əcəbşir ilə Azərşəhr aralığına qədər davam edir. Burada da “R” səsinin işlənməməsini monqollarla gələn şərqi gök Türklərin və onun yanında Marağanın uzun müddət Elxanlı paytaxtı olmasından irəli gəlsə gərəkdir. Xalq arasında yastı danışıq şivəsı tanınan bu ağızda bir neçə xususiyyət gözə çarpır.

 

Danışıq şivəsi nə Təbrz ləhcəsi kimi çox uzanar, nə də Qaradağ ləhcəsi kimi çox sərt və kəsgindir, o ikisinin arasında bir yer tutar. “R” səsi yox deyiləcək qədər az işlənir, istər sözün əvvəlində istər ortasında “Y” səsiylə əvəz olunar. Belə ki “Rəhim” yerinə Yəhım, “gəlirəm” yerinə gəliyəm, “Ara” yerinə Aya işlənir.

Türk dilinin güclü fel quvvəsinə sahib olduğuna görə əsasən bütün ləhcələrdə nisbi olaraq dil qaydaları qorunub saxlanılmışdır (Xələc adı verdiyimiz ləhcə xaric). Ancaq səs uyuşumu səssizlərlə bitən olaylarda yumuşaq səssizlərdə uyuşum qaydası riayət edilir. Qalacağam yerinə qalacəm, Gələcəyəm yerinə gələcəm, geçdiyi kimi bəzi ad, sifət və əklərdə də söyləniş fərqi görsənir. Missal üçün “Qaraya” qəyə, “Qayaya” qəyə, “Sarıya” Sayı deyilən bu ləhcənin bu bariz numunəsin Qoşaçay düzündə görmək olar. Maraqlıdırkı Qoşaçaya çox yaxın olan və onun şərqində yerləşən Sayınqala ləhcəsi Qoşaçaydakından təmamən fərqlidir. Ona görədə o bölgənin ləhcəsi Qaradağa daxil edilibki, bir qurşaq kimi cənubi Azərbaycanın ortasından geçər Makıya qədər dəvam edər.

6 – Ərdəbil ləhcəsi

Ərdəbil, Xalxal, Nəmin, Astara, Ənzəlidən uzanaraq Şirin su məntəqəsindən Məncil Türklərinin, oradan da Qızıl üzen çayının Məncil istiqamətinə dönən, yənı, Xalxal bəyliyi ilə Tarım bəyliyi arasındakı qismətinin şimalını ehatə edən və bu arada həsrət dağlarındakı 7 meşə kəndindən başqa bütün o bölgədə az çox fərqlə danışılan ləhcədir.

Şimali Azərbaycanın cənub bəyliklərində xususiylə Yardımlıya çox yaxın bir ləhcədır. Şimalı Azərbaycanın Bakı ləhcəsində Ərdəbil ləhcəsinin izlərini görmək olar. Bu yaxınlığı çox təbii görmək lazimdir çünki, Şah İsmayıl Xətainin Ərdəbil-Elsevən lərlə quzeyə doğru yuruşlərində yerli Türkcə ilə qarışan bu ləhcə son iki yüz ildə Bakının bir nəft şəhəri kimi inkişafından sonra şimala, xususiylə Bakıya üz çevirən cənub işçiləri də bölgədə öz təsirini muxtəlif sahələrdə göstərdiyi kimi dil sahəsində də göstərmişdir. Bu muddətdə Bakıya gələn cənubluların böyük əksəriyyəti Ərdəbil bölgəsindəndir. Şimali Azərbaycanın bir çox bölgəsində və Bakıda görüş soruşdurulması aparılarsa onların 50%-indən yuxarısının birinci və ya ikinci və ya dördüncü babasının cənubdan və onunda çoxunun Ərdəbil-Sarab bölgəsindən olduğu aşikar olacaqdır. Lənkəran Türklərinin böyük bölümü özəlliklə geçmiş xan ailələri öz mənsubiyyətlərini Xətai ilə bağlamaqları diqqət çəkicidir. Ərdəbil ləhcəsindəki xususiyyətləri aşağıdakı şəkildə göstərmək mumkundur.

Bu ləhcənin ən böyük xususiyyəti İstanbul Türkcəsində olan “yo” ortalığına bənzəyən cəhətin var oluşudur. Gəlirəm yerinə İstanbulda “gəliyorum” dedikləri kimi Ərdəbil ləhcəsındə gəleyirəm şəkili işlənir. Çox hallarda “R” səsi atılsa da xususiylə kənd ağzında söylənış qeyd etdiyim formadadir. Bu ləhcənin bir başqa özəlliyi, daha doğrusu Təbriz ləhcəsi ilə fərqi, birinci şəxs cəm mənsubiyyət felin düzəltmə şəkilçilərində, son səsin incə və qalınlığından asılı olmayaraq Təbrizli-yux la düzəldiyi halda Ərdəbil ləhcəsində səs uyuşumu qaydasına tabii olaraq yük və ya yik lə düzəlir.

 

7 – Zəncan ləhcələri

Qızıl üzən çayının Tarım və Məncil istiqamətində yenidən şərqə burulduğu məcrasinin cənub hissəsindən başlar, Zəncan, Hidəc yaxınlıqlarında Sultaniyə və Xudabəndədən keçib Bəycarın cənubundan Kürdüstana dayanan bölgələri ehatə edərək şərqə doğru Sunqur və Qurvə ləhcəsin içinə alar. Mahnişandan Küzəkünana və oradan Qızıl üzən çayının Qız körpüsündən Qaf dağları və Qız Qalasının ətəklərinə qədər uzanan geniş bölgəni içinə alan bu ləhcəni danışanlar şərqə tərəf getdikcə daha qəliz və qədim Türk ləhcəsi olan Həmədan ləhcəsinə yaxınlaşır. Həmədan, Bəycar və Zəncan arasındakı ovalarda yaşayan Avşarlar, Beydillilərin yanında, Elxanlıların və xususən Sultan Olcaytunun yaylağı və yay paytaxtı sayılan Sultaniyyənin ətrafında təbii olaraq Altay və daha doğu Türk ləhcələri işləndiyinə görə, bu ləhcənin bütövlükdə yeni və əski Türkcənin qarışmasından meydana gəldiyini söyləmək mümkündür.

Türkcənin gözəl və qayda pozuntusuna çox yol vermədən danışılan bu bölgələrdə sözlər tam diqqətlə işlənir. Ancaq Qaradağ ləhcəsi qədər də sərt olmayan bu ləhcədə bütün hərflər xususən “R” hərfi yerində işlənir. Əlave etmək lazimdir ki şərq istiqamətində Həmədan və Qəzvinə yaxınlaşdıqca oradakı dil özəllikləri təsiri altına girər və yavaş-yavaş “gəlirsən” yerınə gəlırən deməyə başlanar. Bu ləhcənin bir özəlliyi də “C” səsinin “C” və “K” arasında bir səslə ifadəsidır.

8 – Həmədan ləhcəsi

Əbhər, Takistan, Qəzvin, Ələmut qalasının cənub hissəsindən tutmuş Əlborz dağlarının ətəklərindən keçərək Qəzvin düzünün bütünlüyünü içinə alan bu ləhcə İştihartdan Buin Zəhraya, oradan Avuc qəsəbəsinə geçərək Həmədan düzünün bütünlüyünü içinə alaraq Bahar şəhərindən uzanaraq Əsədabad gədiyini aşıb həmin adı daşıyan qəsəbənin Kəngavərə tərəf uzantısından şimal-şimaliqərb və şimali-şərqindən Məlayir-Toysirqan arasını İştihard ovasına bağlayan bütün bu bölgələri ehatə edər. Buna, ayrı düşmüş Sunqur ləhcəsidə daxil etmək olar, baxmiyaraqki o, Zəncan ləhcəsində göstərilmişdir. Bu bölgədə bütün kəndlərin dili Türkcə olmasına baxmayaraq Həmədan və Qəzvin kimi şəhərlər iki dilli Məlayir və Toysirqan kimi şəhərlərin böyük əksəriyətı Farslaşmişdir. Adı geçən bu böyük şəhərlərdə (Həmədan-Qəzvın) 30 il bundan öncəsinə qədər hamınin Türkcə bildiyi bir həqiqətdir.

 

Ancaq bu gün yavaş-yavaş uşaq və gənclərdən başlayaraq şəhər əhalisi bu dili unudur. Bununla belə kəndlərdən axın, hələlik dilimizim ölməsinə bu böyük şəhərlərdə mane olmaqdadir. Bu ləhcənin çox əski və köklü ləhcə olmasına baxmayaraq Fars sözləri ona daxil olmuşdur. Ancaq Türkcə dil qaydaları, xususən fovquladə güclü olan fel sistemi pozulmamışdır. Tükəndi (qurtuldu), törəndi (ortaya çıxdı – istihsal oldu) kimi qədim Türk sözlərinin çox işləndiyi bu ləhcədə indiki zaman felinin ikinci və üçüncü şəxslərdəki olum əkindən “S” səsi düşər və işlənməz halə gələr. Misal üçün “gəlirsən” sözünə gəlirən, “alırsan” sözünə alıran, “gəlirsiz” sözünə gəliriz və “alırsız” sözünə alırız deyilməkdədir. Gördüyünü kimi sözün son səssizlərinə tabe olaraq səs uyuşumuna uyulmaqdadır.

Bu ləhcənin başqa bir özəlliyi də sözlərin uzadılmasıdır. Yuxarıda qeyd etdiyim “gəlirən” sözünü uzaldaraq gəlirəən şəklində söylərlər. Söylənməsi lazim olan başqa bir xususda bu bölgədəki iki dilli şəhərlərdə kökü Fars və ya Ərəb sözlərindən gələn sözcükllərin formasına görə sözdəki səs uyuşumunun pozulmasıdır. Misal üçün “Bahar” sözünə bəhar, “nahar” sözünə nəhar deyildiyi halda, kökü Türkcə olan sözlərdə səs uyğunluğu dəqiq olaraq riayət edilir. Misal üçün “ataya” ata, “qarpıza” qarpız və ya qarpuz deyilir. Bu ləhcənin ən muhum özəlliyi bəzi kəndlərdə Cənubi Azərbaycanın başqa bölgələrının tərsinə, “mi” sözündən sual əlaməti kimi istifadə edilməsidir. Bilindiyi kimi Cənubi Azərbaycan Türkcəsində soruşma məfhumu felin uzadılması və deyişin sayaqindan mümkün olar.

Artırılmalıdırkı, bu bölgə və Xələc ləhcəsi adı verdiyimiz bölgədə çoxlu Elsevən (Şahsevən) kəndləri movcuddur.

9 – Xələc ləhcəsi

Bu ləhcə Tehranın yerli Türkləri, yəni Şəhriyar, Kərəc və Tehranın cənub ovalarında yaşayan Türklərlə, Sayınqala, Sava, Qumun qərbi və Sələfcəqandan Əraka, Xumeyinə çatmamışdan, Azna Alıgüdərzin yaxınlarına qədər olan kənd və qəsəbələr, Məhəllatdan Təfrişin ətrafına, oradan Lorustanla Xələcestanı bir-birindən ayıran dağlara qədər uzanan bölgələri ehatə edir.

Bu barədə bir neçə məsələyə diqqət yetirmək lazimdir.

– Bu bölgədə olan şəhərlərin hamısı iki dillidir.

– Tehran, Qum, Kərəc şəhərlərində danışılan dil Azərbaycanın umumi ləhcəsini ifadə edər, çünki bu şəhərlərdə Azərbaycanın muxtəlif bölgələrindən gələn Azərbaycanlılar yaşayırlar. Ancaq onların xaricindəki şəhərlərdə və yuxarıda adın çəkdiyim kənd və qəsəbələrdə Xələc ləhcəsi işlənir.

– Təfrış şəhəri dörd bir yandan Türk dilli əhali ilə ehatə olunmasına baxmayaraq orada Türkcə danışan yox dənəcək qədər azdır.

– Qəribədirki, Ərak-Xumeyın ortalarında Türk kəndlərı bistdədə Xumeyin şəhərındə Türkcə danışan həddindən artiqdir.

– Otuz il bundan öncə mənim şəxsən gəzib gördüyüm Sava və Ərak kimi şəhərlərdə hamı Türk dilində danışırdı, demək mümkündur. Ancaq onlar bu gün iki dilli şəhər olaraq yavaş-yavaş Farslaşmaqdadırlar.

– Tehranın cənubundakı 600,000 nəfərlik İslamşəhr və qərbindəki 100,000 nəfərlik Həsənxan qalası şəhərcikləri təqribən təmamən köçmə olduğuna görə buradakıların dili umumi Azərbaycan Türkcəsi xarakteri daşıyır. Çünki bu əhali yerli olmayan, ancaq Azərbaycanın bütün bölgələrindən yoxsulluq və işsizlikdən qaçan Türklərdir. Halbuki bəzi yerlərdə yerli Türkcə ilə qarışaraq özünə məxsus bir şivəyə dönüşmüşdür.

Xələc Türkcəsində də Həmədan Türkcəsinin özəlliyi vardır. Ancaq o xususiyyətlə birlikdə bu ləhcədə həm dil qaydaları pozulur və pozulmaqda davam edir, həm də səs uyumu hətta kökü Türkcə olan sözlərdə ruayət edilmir. Bu barədə Türkcə olan sözlərə diqqət edın. “Atlara” Atlər, “Qazanca” qəzənc dedikləri kimi “eriyə” zərdalı, “Cəvizə” (yeni qoz) Gerdu deməkdədirlər. Bu barədə bu ləhcənin Xorasan (Qoçan-Bocnurd-Dərrə qəz) ləhcəsinə nə qədər yaxın olduğu məlumdur. Bir başqa məsələyə də toxunmadan keçmək olmaz, o da bu ləhcənin danışıldığı bəzi bölgələrdə xususən Ərak ətrafında sayların özəlliyidir. Belə ki, o bölgədə yüz yerinə iki əllı, yüz əllı yerinə üç əllı,… və mınə onyüz deyilməkdədir.

Yazarlar:
Yayın Yılı:
1972 (Miladi)
Sayfalar:
265
Dosya Türü:
PDF Document
İçerik Dili:
Türkçe

merhaba, kitaba çok ihtiyacım var. ancak indiremiyorum. ilgilenirseniz sevinirim.

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz