Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Xaqani Şirvani Seçilmiş Əsərləri - Məmmədağa Sultanov

9672
0
2016/6/14
Oy Sayısı 11
Oy Sonucu 6

Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qudrətli numayəndəsi dahi şair Xaqani Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata güclü ictimai humanist məzmun və yuksək sənətkarlıq gətirmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poemanın muəllifi olmuş, coxəsrlik tarixə malik qəsidə janrını əlcatmaz bir yuksəkliyə qaldırmışdır. Onun əsərləri coxcəhətli humanist məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına, xeyrin, gozəlliyin odlu-alovlu təsdiqinə rast gəlirik. Xaqaninin əsərləri dünya ədəbiyyatının, xususən İntibah dövrü sənətkarlarının ən yuksək yaradıcılıq numunələri ilə yanaşı durmağa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan təsirlənmiş, bəzi əsərlərinə cavablar yazmışlar. 15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. Xـ əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yuksəlmişdir.

Əbu Bədil Əfzələddin İbrahim İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Əsərlərində donə-donə Şamaxı şəhərində, hormətli bir ailədə doğuluğunu yazan şairin babası toxucu, atası dulgər, əmisi və əmisi oğlu isə həkim və alim idilər. Şairin anası Rabiə musəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası, oğlu İbrahimi də dulgər etmək istəyir,

onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.

Əmisi Kafiəddin Omər ibn Osman onu korpəlikdən öz himayəsinə alır, Quranı, fəlsəfə, riyaziyyat və başqa elmləri oyrədir. 15-16 yaşlarında şeir  yazmaqda mahir olduğunu gorən əmisi ona Həssanul-Əcəm (yəni Əcəm Həssanı) təxəllusu verir.

Təxminən, 18 yaşında saraya dəvət olunan sənətkar əvvəlcə sevinir, şadlanır, mədhiyyələr yazır. Sonradan onun mənəvi aləmində bir oyanma baş verir. Xaqani Şırvanşahlar sarayından can qurtarmaq üçün yollar arayır. Xorasana, İraqa getmək istəyir, ömrü boyu Xorasana can atan sənətkar bu arzusuna nail ola bilmir. İki dəfə Ərəb və Əcəm İraqını

səyahət etmək üçün Kəbə ziyarətinə gedir. İki dəfə həbsxanaya düşür. Həbsxanada olduğu vaxtlarda..

Yayın:
Lider
Yayın Yılı:
2004 (Miladi)
Sayfalar:
661
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz