Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Avşarlar - Ənvər Çingizoğlu - Aydın Avşar
Azərbaycan xalqının soy kökündə iştirak edən başı papaqlı, əli yaraqlı ellərdən biri də A vşardır.
Professor Faruq Sümer «Oğuzlar» kitabında yazır: «Türk tarixində avşarlar, ən davamlı rol oynamış böyük bir oğuz boy udur. Bu baxımdan heç bir oğuz boyu onunla muqayisə edilməz. Bu səbəb lə adlarını zamanı¬mıza qədər yaşatmış yeganə oğuz boyudur»,
A vşarlar dünyanın bir çox ölkələrinə yayılmış lar. Xüsusilə ən çox İranda, Türkiyədə, İraqda, Əfqanistanda və Azərbaycanda məskunlaş¬mışlar.
Biz avşarların izi ilə ilk səfərimizə İran İslam Respublikasından başladıq. Məqsəd İranda avşarlar yaşayan yerlərdə olmaq, onların yaşam tərzi ilə tanışlıqdı. A vşar ziyalıları ilə görüşmək, bu qədim oğuz boyunun nəsillərə yadigar qoyduğu mədəniyyət incilərini görmək, lentə almaqdı. Öz adət-ənənələrini necə qoruyub saxladıqlarını gözümüzlə görmək istəyirdik. Arxivlərə, muzeylərə, kitabxanalara baş çəkib İranda avşarların yüz illərlə oynadığı rol haqqında tarixi sənədlər əldə etmək könlümüzdən keçirdi.
Biz avşarların izi ilə yola düşməzdən öncə İran İslam Respublikası¬nın Azərbaycandakı səfirliyinin Mədəniyyət İdarəsinin müdir müavini Hacı Həmid Səfəri cənabları ilə görüşüb səfər-səyahətimizin məqsədini bildirdik. Hacı Həmid Səfəri bizi alqışlayıb xeyir-duasını verdi. Getdiyimiz yerlərdə mədəniyyət idarələrinin bizə yardım etməsi üçün məktublar təqdim etdi.
İrana yola düşən ərəfədə Bakıda Parsabad şəhərindən olan A vşar oğlu Əli Süleymani- V əlixanlı ilə görüşdük. 0, bizə yol bələdçisi və tər¬cüməçi kimi Azəri balası Arazı qoşdu.
İran İslam Respublikasının ərazisinə Biləsuvar şəhərindən qədəm qoyduq. Bizi Azərbaycan sərhədçiləri və gömrük işçiləri çox mehribanlıqla qarşılayıb, yola saldılar.
Gömrük işçiləri bizi sərin suya və ça ya qonaq etdilər. Xoş münasibə¬tə görə həm sərhədçilərə, həm də kömrük işçilərinə təşəkkürümüzü bildirib, sərhədi keçdik.
Avşarlar Enver Çingizoğlu Aydın Avşar Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 15.63 MB | Dosya Türü : Pdf | İzlenme Say : 831 | Başarısızlık Raporu |