Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Içimdəki Söhbətlər - Gülnar Qasımlı Səma

6045
0
2014/12/25
Oy Sayısı 1
Oy Sonucu 6

Mən onu tanıyanda VIII sinifdə oxuyurdu. Az danışan, danışanda da fikirlərinin obrazlılığına heyrət ediləcək bir qız idi. Xahiş etdilər ki, onun şeir dəftərçəsinə baxım. Yazılarında poetik ifadələr olsa da, şeiriyyətin texnikası pozulur, fikir dolaşıqlığı yaranırdı. Gülnarla iki il ardıcıl bu istiqamətdə məşğul oldum. Çox hafizəli və tapşırıqları dərhal yerinə yetirən idi. Az bir zamanda, müəyyən mənada məni qane edən şeirlər yazmağa başladı. Sevindim. Zəhmətim itməmişdi. İlk “Uğur olsun, Gülnar!” başlıqlı yazını da onun şeirləri ilə bərabər mətbuata mən verdim. Yazı dərc olunanda Gülnardan çox mən sevinirdim. Artıq Gülnar müxtəlif janrlarda şeirlər yazırdı. İstəyirdim onun özünəməxsus təxəllüsü olsun. Tanrı məni çox intizarda qoymadı. Onun təxəllüsü göylərdən gəldi – Gülnar Səma. IX sinifdə oxuyarkən “Mən sehirli səmayam” adlı şeirlər kitabı çap olundu. Kitabı əlimə aldığım andan sevincimi sözlə ifadə etməkdə acizəm. Dünya gözlərimdə bir az da gözəlləşmişdi. Orta məktəbi bitirənə qədər daha bir kitabın çap olunmasını istəyirdim. Lakin yuxarı siniflərdə tədris proqramlarının ağırlığı və Gülnarın təhsil almaq istəyi mənim arzumu xeyli ləngitdi. BDU-nun filologiya fakültəsinə qəbul oldu. Qaynar ədəbi mühitə bir az da yaxınlaşdı, qaynayıb-qarışdı. Müxtəlif dövrü mətbuat səhifələrində tez-tez şeirləri, bədii və publisistik yazıları dərc olundu. Gülnar Səma sənətin ağ yoluna çıxmışdı. Bir müəllim – ustad kimi bununla qürur duyurdum. Gülnar Səma imzası artıq geniş oxucu kütləsinə yaxşı tanışdır. Bakı ədəbi mühitində özünəməxsus yeri olan Gülnar ali təhsili başa vurub doğma Tovuza qayıtdı. Sərhəd kəndi olan Muncuqluda əsas məktəbin dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başladı. Eyni zamanda A.Hüseyn Bozalqanlı adına Varislər” Ədəbi Birliyinin ən fəal üzvlərindən biri kimi özünü təsdiq etdi, ədəbi birliyin mətbuat katibi seçildi…

Yayın:
Nurlan
Yayın Yılı:
2011 (Miladi)
Sayfalar:
174
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz