Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Qobustan - Cəfərqulu Rüstəmov - Füruzə Muradova
Qədim qayaüstü təsvirlər tarixi-arxeoloji abidələrin ən maraqlı və sirlilərindəndir. 0, bəşər tarixini öyrənmək üçün obrazlı «dilə» malik qiymətli maddi-mədəniyyət qalıqları, keçmişin səhifələrini işıqlandıran, ibtidai cəmiyyətdə insan əməyi və fəaliyyətini, onun həyatını və dünyagörüşünü rəngarəng və əyani şəkildə əks etdirən tarixi sənəd - «canlı» arxivdir.
Qayaüstü təsvirlər qədim insanların həyat tərzi haqda biliklərimizin qiymətli mənbələrindən ibtidai yaradıcılıq yollarının inkişafını təsəvvür etməyə imkan verən qədim incəsənət əsərləridir, qədim nəsillərin özləri haqda canlı hekayələridir.
Qədim qayaüstü təsvirlər dünyada çox yerdə aşkar edilib öyrənilmişdir.
Onların varlığı xıx əsrin ortalarında qeydə alınmağa başlanmışdır.
Qədim təsvirlər qaya və daşlar üzərində əsasən iki üsulla-petroqlif (petros ¬daş, lurhe-naxış açma üsulu) və palitra (rənglə şəkil çəkmə üsulu) ilə çəkilmişdir. Onlardan petroqlif tipli qayaüstü təsvirləri ilk dəfə 154 il bundan qabaq - 1848-ci ildə Oneqa gölü sahilində K.Qrevink görmüşdür(1).
Palitra tipli qayaüstü təsvirlərin varlığı isə xıx əsrin 70-ci illərində ilk dəfə İspaniyada Altamiro mağarasında, sonra isə bir sıra Fransa mağaralarında aşkar edilmişdir(2).
XX əsrin 30-cu illərindən etibarən qədim qayaüstü təsvirlərə ibtidai mədəniyyət sahəsinin tədqiqi ilə məşğul olan alimlərdə maraq artır. Onların axtarılması və öyrənilməsi işi genişlənir. Zəmanəmizə qədər, demək olar ki, bütün qitələrdə və ölkələrdə - (Ukraynada (3), Dağıstanda (4), Kareliyada (5), Ural da (6), Sibirdə (7), Orta Asiyada (8), Gürcüstanda (9), Ermənistanda (10), Monqolustanda (11) İtaliyada (12), Skandinaviyada (13), Afrikada (14) və s.) qədim qayaüstü təsvirlərin varlığı aşkara çıxarılmış və öyrənilməsi davam edir.
Azərbaycanda qədim qayaüstü təsvirlərin varlığı ilk dəfə 1939-cu ildə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cəfərzadəyə məlum olmuşdur (15).
Azərbaycanda qədim qayaüstü təsvirlər sonralar Abşeron yarımadasında (16), Bakı şəhəri yaxınlığında Şıxov çimərliyində (17), Naxçıvan MR-da Gəmiqayada (18), Kəlbəcər rayonunda Dəlidağda (19) və Cənubi Azərbaycanda Qaradağ bölgəsində (20) də aşkar edilmişdir.
Qobustan Şərqi Azərbaycanda, Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında 100 km-ə qədər diametri olan, çoxlu qobularla (qədim çay yataqları və yarğanlar) kosilan, yarım səhra dağətəyi böyük coğrafi rayondur. Qobustan sözü «Qobu» və «stan» kimi ərazi bildirən şəkilçidən əmələ gəlmiş qobuluq, qobular diyarı, qobular olan yer deməkdir. Böyük Qobustanın ərazisi şərqdə Xəzər dənizi, şimalda Sumqayıtçay, qərbdə Şamaxı rayonu Pirsaatçay, cənubda Hacıqabul və Ələtə qədər ərazini əhatə edir
Qobustan Ceferqulu Rüstemov Füruze Muradova Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 2.5 MB | Dosya Türü : Pdf | İzlenme Say : 708 | Başarısızlık Raporu |