Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Xan Kamandar - Musa Nəbioğlu

5055
0
2014/12/22
Oy Sayısı 1
Oy Sonucu 5

Azərbaycan Aşıqlar Birliyi 2012-ci ildə yeni bir layihəyə start verdi – “Ustad aşıqlarımız” seriyasından kitabların nəşrinə başladıq. Bu seriyadan ilk kitab Azərbaycan aşıq sənətinin ən böyük nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərə həsr olundu. Bu layihə çərçivəsində ustad aşıqlarımızın hər biri haqqında ayrıca kitab nəşr etdirməyi nəzərdə tutmuşuq.

“Ustad aşıqlarımız” seriyasından ikinci kitabın Aşıq Kamandara həsr olunması da təsadüfi deyil. Bu il XX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan ölməz ustadın anadan olmasının 80 illik yubiley ilidir.

Aşıq Kamandar! Bu ad 60 ildən çoxdur ki, bizim müqəddəs Azərbaycanımızı, Türk dünyasını, Anadolunu, Cənubi Azərbaycanı, bütün Şərq dünyasını dolaşan çox şərəfli bir addır.

Kamandar istər klassik səviyyədə, istər müasir səviyyədə aşıq sənətinin elə bir nümayəndəsi idi ki, hamı ondan öyrənmək istəyirdi, çünki ondan öyrənməli şeylər çox idi, sənətkar kimi çox yüksəkdə, çox ucada duran şəxsiyyət idi.

Yazarlar:
Yayın:
Nurlan
Yayın Yılı:
2012 (Miladi)
Sayfalar:
391
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz