Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Hind Felsefesi Tarixi-Mysore Hiriyanna-388s

9392
0
2016/7/14
Oy Sayısı 1
Oy Sonucu 3

Hind Felsefesi Tarixi-Mysore Hiriyanna-388s

Qədim Hindistan fəlsəfəsi[redaktə | əsas redaktə]

Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür. Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir.

Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brahman) hakimiyyətinə arxalanan racələr dururdu.

Qədim Hindistan cəmiyyəti varna– qruplarına bölünürdü ki, bu da sonralar kasta sisteminin əsasını təşkil etmişdir. 4 varna var idi: 1.Kahinlər varnası (brahman); 2.Hərbi aristokratiya varnası (kşatrilər); 3.Əkinçilər, sənətkarlar, tacirlər varnası (vayşilər); 4.Aşağı varna (Şudralar). Şudralar brahman, kşatri və vayşilərin tabeliyində idilər. Onları icmaya üzv qəbul etmirdilər və icmanın problemlərinin həllində onlar iştirak etmirdilər. Əməyin ən ağır növləri onların payına düşmüşdü. Çox vaxt həmin varna arilərin müharibələrdə əsarət altında aldığı tayfalardan təşkil olunurdu. Varnalara bölgü din tərəfindən işıqlandırılırdı. Tanınmış kahin ailələri cəmiyyətə böyük təsir göstərir. Onlar təhsil daşıyıcıları, xüsusi biliklərə yiyələnənlər hesab olunurdular. Eyni zamanda dini ideologiyanın inkişafına mühüm təsir göstərirdilər.

İlk fəlsəfi fikir abidəsi[redaktə | əsas redaktə]

Bu dövrdə varlıq, materiya, həyat, insan, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi baxışlar və materialist fəlsəfi sezmələr meydana gəlmişdi. Qədim hindlilərin ilk fikir abidəsi Vedlər hesab olunur. Vedlər II və I minilliklər qovşağında yaranmışdır. Ümumiyyətlə, vedlər bəşəriyyətin ədəbi abidələri içərisində ən qədimi kimi qəbul olunmuşdur. Vedlər qədim Hind cəmiyyətinin mənəvi mədəniyyətinin inkişafında böyük və müəyyənedici rol oynamışdır. Buraya fəlsəfi fikrin inkişafını da daxil etmək olar. Ved sözü sanskritdən tərcümədə bilik mənasını verir. Lakin bu bilik xüsusi bilikdir. Vedlər himnlərdən, dualardan, qarğışlardan, qur­banvermə formalarından və s. ibarətdir. Obrazlı dildə vedlərdə ən qədim dini dünyagörüşü– dünya, insan və mənəvi həyat haqqında ilkin fəlsəfi təsəvvürlər ifadə olunmuşdur. Vedlər 4 qrupa, yaxud hissəyə bölünür. Onlardan ən qədimi samhitlərdir (himnlərdir). Sa­m­hitlər 4 məcmuədən ibarətdir. Onlardan ən qədimi– Riqveda– dini himnlər məcmuəsidir (təxminən e.ə.. 1,5 min il). Vedlərin ikinci hissəsi Brəhmənlərdir (ritual mətnlər məcmuəsi). Brahmanizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi, brahmanizm bud­dizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü his­səsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dördüncü hissə Upanişadlardır. Əslində Upanişadlar b.er əv­­vəl 1 minillikdə yaranmış sırf fəlsəfi hissədir. Artıq bu za­man fəl­səfi şüurun ilk elementləri yaranır və ilk fəlsəfi təlimlərin formalaş­ması müşahidə olunur (buraya həm dini– idealist, həm də materia­list təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti mü­əy­yən sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.

Fəlsəfi məktəblər[redaktə | əsas redaktə]

Qədim Hind fəlsəfəsi əsasən iki istiqamətdə orto­doksal (Ve­daları qəbul edən) və qeyri-ortodok­­sal (Ve­da­ları qə­bul et­mə­yən) inkişaf etmişdir. Burada orto­doksal dini-idealist mək­təblər 1) vedanta, 2) mimansa, 3) sankhya, 4) yoqa, 5) nyaya, 6) vay­şeşika he­sab olunurdu. Qeyri-ortodoksal mək­təb­­lə­rin dini-etik forma­larında kortəbii materializm ideya­la­rı təzahür edirdi. Bun­lar, 1)caynizm, 2) buddizm, 3) çarvaka-lo­ka­yatlar mək­təbi idi.

Ortodoksal fəlsəfi məktəblər[redaktə | əsas redaktə]

Vedantlar üçün Vedlər misilsiz avtoritet olmuşdur. Vedant fəlsəfəsi b.er.əv. IV– II minilliklərə aiddir. Vedant təsəvvürlərinə gö­rə dünya həyat məktəbidir. Şagird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir. Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankara (Şankaraçayra, VIII–IX əsrlər) olmuşdur. O, «Atmabadha» traktatında vedant təliminin əsas prinsiplərini şərh edir və brəh­man atman substansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cis­mani fiziki ruhla «ruhani ruh» arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır. Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təlimi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır. İdealist Ve­dan­ta təlimi Badara­yanın adı ilə bağlı olmaqla, bu tə­limdə məqsəd Allah və ruh arasındakı münasibət anlayı­şının fərq­ləndirilməsi idi. Vedantaya görə, öz bədəni ilə əlaqədar olan ruh azad deyil. Allah və ruhun tamamilə fərqli anlayış olmasını Mad­hva, onların vəh­dət­də olma­sını isə Şankara müdafiə edirdi.

Miman­sa­da əsas məqsəd idrak və məntiq məsələlərinin, Veda ayin­lərinin öyrənilməsi idi. Bu tə`limə görə bilik əldə etməyin əsas mən­bəyi hissi qav­rayışdır. Qavrayışların mənbəyi isə real ob­yekt­lərin əlamətləridir.

Hindistanda ən qədim təlim olan Sankhyanın banisi Ka­pi­la­nın b.e.ə. 600-cü ildə yaşa­ma­sı güman edilir. Bu tə`­limə görə dün­ya­­da iki başlanğıc mövcuddur: biri maddi, digəri isə mə`nəvi baş­lan­ğıcdır. Bu tə`limdə başlıca məqsəd insanı əzablardan və bəd­bəxt­likdən azad etməkdir.

Yoqa dini fəlsəfi tə`lim olmaqla, burada başlıca məqsəd Alla­ha inam, məhəbbət, daima onun haqqında fikirləşmək əsas və­zi­fə­dir. «Yoqa» «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. Bu təlimin əsasının müdrik Patancali (b. er. əv. II– əsr) tərəfində qoyulduğu ehtimal olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirablardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yeganə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və praktikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaşması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasiya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qəbul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq olaraq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyəti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əhval– ruhiyyə, xeyirxahlıq yaradır. Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli hekayə»ni misal gətirir. Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə bənzəyir». İkincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncüsü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdirir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və onlara düşmən münasibəti bəs­ləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu aspektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar ve­rir və müxtəlif formalarda təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni zamanda onun nə adı var, nə də forması var. Budur, Yoqa təliminin fəlsəfəsi və praktikası.

Vayşeşika tə`liminin ba­ni­si Kanada olmuşdur. E.ə. VI-V əsr­lər­də meydana gəlmiş bu tə`limə görə, Allah ob­yek­tiv aləmin ya­ra­dı­­cısı olmaqla, onu heçlikdən deyil, əbədi möv­cud olan anudan (mə­kan, zaman, efir, ağıl və ruh) yaratmışdır. Bu məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu ilk atomizm məktəbidir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan, əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5– dir. Bunlar Su, Torpaq, İşıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fiziki elementlərdir. Atomların bütün hərəkətləri Allahın iradəsinə gedib çıxır.

Banisi Ho­toma olan Nyaya fəlsəfəsinin əsasını məntiq və idrak mə­sə­lələri təşkil edir. Bu tə`limə görə, həqiqi biliyə qavrayış və ya mən­tiqi nəticənin köməyilə nail olmaq olar. Qavrayış duyğu or­qan­larından asılı olub, bilavasitə bilik əldə etməyə xidmət edir.

Qeyri-ortodoksal fəlsəfi məktəblər

QAYNA

 

Yazarlar:
Sayfalar:
388
Dosya Türü:
PDF Document
İçerik Dili:
Türkçe

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz