Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Dramaturgiyasi Antolojyası 5 Cild - Dilarə Məmmədova

6572
0
2017/3/30
Oy Sayısı 2
Oy Sonucu 4

XVIII əsrin ikinci yarısında Qərbi Avropada kapitalizmə keçid dövründə yaranan maarifçilik Azərbaycanda XIX əsrdə təşəkkül tapmış, xalqımızın mənəvi həyatında mühüm rol oynamışdır. Başqa ölkələrdə olduğu kimi, Azər-baycanda da maarifçilik ədəbiyyatda özünü daha dolğun şəkildə göstərirdi. Elm və ədəbiyyat sahəsində canlanma yaranır, mühitin tələbləri get-gedə genişlənir, realist əsərlərə meyil artırdı. Bu tələblərə əsasən, dəqiq elmlərin inkişafı sürət1ənir, tarix, fəlsəfə, dil, ədəbiyyat haqqında qiymətli elmi əsərlər yazılmağa başlayırdı.

Azərbaycanda maarifçilik XIX əsrin əvvəllərində Abbasqulu ağa Bakı-xanovla başlasa da, əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə tərəfındən inkişaf etdirilmişdir. Azərbaycan xalqının fıkri inkişaf tarixində XIX əsr yeni bir istiqamətə dönüş dövrüdür. Klassik Azərbaycan dramaturgiyasının taleyi və yaranması da bu mərhələyə təsadüf edir.

150 ildən artıq tarixi olan Azərbaycan dramaturgiyasının əsas doğuş qay-naqlarından biri də xalq dramıdır. Başqa mədəniyyət1ərdə olduğu kimi, Azər¬baycanda da xalq dramı insanların müxtəlif görüşlərindən yaranan məişət mərasirnləri içərisində inkişaf etmişdir. Xalq dramlarının bir qismi Azərbay¬canda "Kərbəla faciəsi"nə aid şəbilılər şəklində özünü göstərirdi. Məzmunları nağıllardan alınan "Kosa", "Keçi", "İki qardaş", "Bic nökor", "Keçel" və s. adlı xalq dramları müəyyən məclislərdə, bayramlarda, meydanlarda "Kilimarası" oyunlar şəklində tamaşaya qoyulub, xalqı əyləndirirdi. Əlbəttə, bunlar həqiqi mənada dram əsərləri deyildi, lakin onlar arasında təmas bağları çoxdur. Xalq dramı realist dramaturgiyanın izlərini özündə əks etdirirdi. Bu izləri genişləndirmək üçün ictimai yüksəliş və real şərait lazım idi. Milli məzmunlu klassik Azərbaycan dramaturgiyasının inkişafı və təkmilləşdirilməsi XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır.

Mirzə Fətəli Axundzadə (1812- 1 878) dövrün tələbi ilə ədəbiyyatda əsaslı dönüş yaratdı, realist nəsrin, dramaturgiyanın, ədəbiyyatşünaslığın əsasını qoydu. 1850- l855-ci illər arasında "Hekayəti-molla İbrahirnxəlil kimyager", "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", "Hekayəti - xırs-quldurbasan", "Sərgüzəşti - vəziri - xani- Lənkəran" , "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara"), "Mürafıə vəkillərinin hekayəti" komediyalarını yazan M.F.Axundzadə realist Azərbaycan dramaturgiyasının təməl daşını qoydu. Onun əsas istəyi xalqı irəli aparmaq, maarifləndirmək idi. Komediyanın əsasını gülüş təşkil etdiyi üçün dramaturq realist sənətkar kimi…

Yayın Yılı:
2007 (Miladi)
Sayfalar:
472
Dosya Türü:
PDF Document
İçerik Dili:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz