Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Lətifələrinin Regional Xüsusiyyətləri - Sönməz Abbasli
Əksər xalqlar icərisində muxtəlif istilahlarla tanınan lətifələr folklorun mustəqil janrı kimi əsrlər boyu həmişə soyləyici- dinləyici nəslinin yaşam gundəminə cevrilmişdir. Ayrı-ayrı tarixi mərhələlərdəki hakim təbəqənin, o sıradan ictimai- siyasi quruluşdakı noqsan və catışmamazlıqların xalq satira və yumoru vasitəsilə ifşa hədəfinə tutulması daima diqqət mərkəzində dayanan məsələlərdən olmuşdur. Cunki həm “dağıdıcı”, həm də “yaradıcı” başlanğıcı oz daxilində qovuşduran guluş mədəniyyəti mustəsna olaraq lətifələrdə, o sıradan regional gulməcələrdə daha cox məna yuku və tutumu kəsb etmişdir. “Bəşəriyyət oz kecmişindən gulə-gulə ayrılır” (K.Marks) mulahizəsi xalq ədəbiyyatının geniş vusət almış uyğun janr və novlərində, xususilə lətifələrdə ozunu daha qabarıq buruzə vermiş, bu yondən də kecib gəldiyi hər bir tarixi mərhələ ucun aktuallıq qazanmışdır.
Xalq guluşunun əsas elementlərini oz yaradıcılıqlarında qoruyan lətifə soyləyici-ifacılarının (həmcinin daşıyıcılarının) əksəriyyəti zəmanəsinin tanınmış simaları kimi həm oz dovrlərində, həm də sonrakı yuzilliklərdə lətifə personajları, gulməcə-bəzəmə qəhrəmanları kimi xalq icərisində boyuk nufuz sahibi olmuşlar. Xəlifə Harun-ər Rəşid və nədimi Əbu Nuvas ilə Bəhlul Danəndə, Sultan Mahmud Qəznəvi ilə nədimi Təlxək, Əmir Teymur ilə Molla (Xoca, Xacə) Nəsrəddin, Moğol hokmdarı ilə bir cox hind racaları (hokmdarları) və Birbalın qarşılıqlı təmas və munasibətlərindən doğan lətifələrdə yaşadıqları tarixi mərhələnin nəbzi ilə doyunən onlarla ornəklər yaranmışdır ki, onlar bu gun də cağdaş zəmanəmizin problemləri ilə yaxından səsləşirlər.
Azərbaycan Lətifələrinin Regional Xüsusiyyətləri Sönməz Abbasli Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 869.88 KB | Dosya Türü : Pdf | İzlenme Say : 508 | Başarısızlık Raporu |