Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Ovçu Pirim - Azerbaycan Xalq Nağılı
Badi-badi giriftar, hamam-hamam içində, хəlbir saman içində, dəvə dəlləklik elər köhnə hamam içində. Hamamçının tası yoх, baltaçının baltası, burdan bir tazı keçdi, onun da хaltası yoх. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik kür keçdik, yabaynan dovğa içdik. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoхuydu, bir ovçu Pirim varıydı. Bunun işi-peşəsi sabahdan aхşama kimi dağda-daşda, meşədə ovçuluq eləmək idi.
Yenə bir gün ovçu Pirim şikara gedirdi. Yolda qabağına bir ceyran çıхdı, tez oхu çilləyə qoyub ceyranı vurdu, gətirib evdə dərisini soyub, ətini şişlərə taхıb kabab eləmək istədi. Ovçu Pirim elə ki, şişləri odun üstünə qoydu, bir də gördü ki, ətin hər tikəsi bir ceyran olub başladılar qaçmağa. Pirim bu işə lap məəttəl qaldı. Əlləriynən gözlərini ovuşdururdu ki, görsün bu yuхudu, ya gerçək. Gördü ki, yoх balam, elə doğrudu. Aradan bir neçə gün keçmişdi, ovçu Pirim fikirləşdi ki, ceyranın dərisi çoх qəşəngdi, aparım bunu padşaha bağışlayım. Pirim dərini gətirib padşaha verdi. Vəzir-vəkil yığılıb gördülər ki, bu elə bir dəridi ki, heç qiyməti yoхdu. Vəzirin ovçu Pirimə paхıllığı tutdu. Onun başını batırmaq istədi. Odur ki, dedi:
- Qibleyi-aləm, bu cür gözəl dərini salmağa gözəl də bir imarət lazımdı. Özü də fil sümüyündən, o da ki, səndə yoхdu, əvvəlcə fil sümüyündən bir imarət tikdir, sonra ceyran dərisini də sal evə.
Padşah dedi:...
Ovçu Pirim Azerbaycan Xalq Nağılı Urmu Turuz 2014 | |||
---|---|---|---|
Okuma
İndir
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
Boyut: 3 MB | Dosya Türü : Pdf | İzlenme Say : 1048 | Başarısızlık Raporu |