Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Dayanacaqda Görüş-Fikret Qoca-Baki-2009-140s
Dayanacaqda Görüş-Fikret Qoca-Baki-2009-140s
Xalq şairinin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu
İyulun 17-də Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 75 illik yubileyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə təntənəli şəkildə qeyd olundu.
Fikrət Qocanın yaradıcılığındakı dayanacaqların sayı bəlli olmasa da, ömür qatarı 75-ci dayanacağa gəlib çatdı. Bu əlamətdar hadisə Dövlət Filarmoniyasında qeyd olundu. Çünki Fikrət Qocanın poeziyası musiqili poeziyadır. Yarım əsrdən çoxdur ki, Fikrət Qocanın şehi qurumamış şeirləri misra-misra yaddaşımıza hopub ruhumuzu oxşayır, yarım əsrdən artıqdır ki, bəstəkarlar onun şeirlərinə gözəl mahnılar bəstələyirlər.
Şairlər arasında qocalıqdan qorxmayan yeganə şair də elə Fikrət Qocadır. Odur ki, 75 illik yubileyini yaxınlarının, dostlarının, oxucularının arasında həmişəcavan Fikrət Qoca kimi qarşıladı.
Gecəni bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova açaraq Fikrət Qoca poeziyasının işığına yığışanları salamladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 60-cı illər nəslinin öz dəst-xətti, üslubu ilə seçilən və sevilən şairlərindən biri Fikrət Qocanın özünəməxsus yaradıcılığından söz açdı. Qələm dostuna yeni yaradıcılıq uğurları və cansağlığı arzulayan yazıçı şairin çox sevdiyi “Babalarım” şeirindən misralar da söylədi:
Babalarım,
qaçaq olub-
mərd olub,
bəy olub -
mərd olub,
qoçaq olub -
mərd olub...
Bəs bu namərdlər hardandı?
Bax, bu mənə dərd olub...
Az qala uşaqdan böyüyə hər kəsin bildiyi bu misralar narahat şair, əsl vətəndaş, böyük insan Fikrət Qocanın səssiz harayıdır.
Gecədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin Fikrət Qocanın 75 illik yubileyinə ünvanlanan təbrik məktubunu oxudu.
Şairin şairə ən qiymətli hədiyyəsi isə şeir olduğundan, şair Vaqif Bəhmənli Fikrət Qocaya həsr etdiyi şeiri yubilyara çatdırdı.
Gecə boyu bədii qiraət ustaları - Xalq artisti Laləzar Mustafayeva, Əməkdar artist Ağalar Bayramov, Fidan Axundova, Elnar Qarayev Fikrət Qoca yaradıcılığından gözəl nümunələri tamaşaçılara təqdim etdilər.
Ağalar Bayramovun ifasında şairin “Cənnətdən qovulanlar” poemasından parçalar zalı ayağa qaldırdı. Bu, şair Fikrət Qoca poeziyasının təntənəsi idi. Gecədə şair Əjdər Ol Fikrət Qocanın şair, dost, insan kimi özünəməxsusluğundan söz açdı.
Bəstəkar Ruhəngiz Qasımova Fikrət Qocanın sözlərinə bəstələdiyi yeni mahnısını ilk dəfə səsləndirdi.
“Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə Fikrət Qocanın sözlərinə yazılmış mahnıları ifa edən xalq artistləri İlhamə Quliyeva, Nazpəri Dostəliyeva, Azər Zeynalov, Əməkdar artist Gülüstan Əliyevanın çıxışları gecəyə xüsusi rəng qatdı.
Sonda son söz yubilyara verildi. “Mən şeirimizin səssiz səsiyəm” - deyən Fikrət Qoca gecənin təşkilatçılarına - Mədəniyyət və Turizm Nazirliyinə və Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.
Bir yay gecəsində ömür dayanacağında bir görüş də beləcə xatirəyə çevrildi. Növbəti dayanacaqlarda görüşmək istəyi ilə..
Dayanacaqda Görüş-Fikret Qoca-Baki-2009-140s | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 303.18 KB | File Type : Pdf | دیده شده : 338 | Damage report |