Alov Sözlüğü

6103
0
2015/10/24
Number of votes 3
Voting results 6

Ustad Alovun, 90 yaşı ile ilgili.

Alov Sözlüğü

35000 Söz

El Yazma

Ahmed Şaya

Alov

Qaynaq: Niqabi beyin kitabevi

Rehmetli ustad Alovun 90 yaşı munasibeti ile bir neşr olunmamış eseri Alov sözlüyü (Ehmed Şaya)

edebi dostlarımdan olan ustad mehemmed eli neqabi-nin qulluğunda olduğum bir gün o , rehemetli ehmed şaya, ya heman «Alov» cenablarından getdikde , o merhumun bir elyazma sözlüyünden-de söz – söhbet getdi. ustad neqabi-nin buyurduqlarına esas, o dahı hele diriken o sözlüyün tebriz ustadlarından olan resul ağa fethimecd-e verib ve ondan bu sözlüyün nece deyerler redak olunmasın istemişdir. teessüfle ustad resulağa fethimecd bu işi bitire bilmediyine göre o fişleri alma sandığında!! ustad neqabiye tapışırılmışlar. ustad neqabi ise işe başlayanda, işin çetin olduğun duyub, rehmetli ustad Alovdan-da yardım isteyer. ancaq bugün–sabah bir zaman sürünür. ve nehayet ustad Alov dünyasın deyişir. ustad neqabi o merhumun aile-sine mektub yazıb, bu kimi qimetli bir eserin onun yanında ya heman arşivinde emanet olmasın bildirir. tesüfle onun ailesi qabağa yerimeyib ve o erzişli fişler ele o teher qalır ki qalır!!

dediyim kimi o görüşümüzde men ustad neqabi-den xahiş etdim ki bu fişler emanet olaraq bize verib ta onlar isken olunsunlar. ustad menim bu isteyimi qebul edib ve nehayet bir sırası alma sandığında, bir sırası ise düyü taylarında olan hemin fişler bizim arşive intiqal tapdılar. bir dostla danışıb onların riğbet-lerin bu işe göre bilib ve hemin bağlılar emanet olaraq onlara teqdim olundu ki isken olunub maraqlananların eline yetsinler. teessüfle 4-5 ay qaldıqda o dostumuzun da elinden bir iş gelmedi ki gelmedi! bu döne urmuda yaşayan fazil dostum eli ağa velizade bize qonaq olarken bu qemli qeziyeden söz açdım . onlar könüllü olaraq bu işi boyunlarına almalarına söz verdiler. Ve fişleri urmuya intiqal tapdılar ve çox sevinirem ki bu gün onlar az bir zamanda urmu dost-larımızın vasitesile temamile isken olunub bu gün deyerli turuz saytı vasitesile maraqlanlanların ixtiyarında qoyulur. bu deyerli sözlüyün oxumağına başlamadan bu kitabın tertib verenin de bir neçe setirde tanımaq daha yerli olacaq.

düz 90 il bundan evvel ya 1304-üncü ilinin azer ayının son günlerinde tarixlerde « darülsefa » adlanan xoy şeherinin eli esğer adlı bir ailesinde ehmed adlı bir uşaq işıq dünyaya göz açır. o bir zaman xoyda olduqdan sonra edebi – ictimai işlerine xoyu bir o qeder uyğun bilmeyib tebrize köçür. bu ucsuz–bucaqsız şeherde onun gözü daha açılır ve yaradıcılığın başlayır. sonra o tehrana köçüb ömrünün sonunadek bu şeherde yaşama mecburiyetinde olub, herden üreyi istediyi azerbaycanada baş çekir. 79 il ömür gün süren ve 60 il hendeverinde edebiyatımız qulluğunda olan ustad Alov 1383-üncü ilin mehr ayının 23-üncü günü dünyasın deyişib torpağa gedir.

indi men özümü bexetver birisi bilirem ki de bu qimetli sözlüyün gün işığına çıxmasında menim de kiçik olmuşsa payım olmuşdur.

 

 

Writers:
Publisher:
Turuz
The publishing year:
2015 (Anno Domini/AD)
File Type:
PDF Document
Written or Spoken Language:
تورکجه

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi (h.beyhadi@gmail.com)
Təbriz