Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azerbaycan Pişqame Cameyi Medeni-Semed Serdarniya-Farsi-1377-154s
Azerbaycan Pişqame Cameyi Medeni-Semed Serdarniya-Farsi-1377-154s
Səməd Sərdarniya — (10 may 1947-14 aprel 2008) Cənubi Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi.[1]
Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Həmçinin bax
5 İstinadlar
Həyatı[redaktə | əsas redaktə]
Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirəqiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə Təbriz universitetinin tarix, sonra isə Tehran universitetinin hüquq fakültəsini bitirib.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. Onun yaradıcılığının çiçəklənməsində məşhur "Varlıq" dərgisindəki fəaliyyətinin mühüm rolu olub. Həmin dərginin ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib.
Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı. Bu kitabların adlarına baxmaq belə, onların milli tariximiz və gələcəyimiz üçün əhəmiyyətini təsəvvür etməyə imkan yaradır:
"Azərbaycan Məşrutə dönəmində", "Azərbaycanın məşhurları" (2 cilddə), "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", "Təbriz – birincilər şəhəri", "Təbriz – İranda çap sənətinin beşiyi", "Arazın hər iki tayında müsəlmanların soyqırımı", "Molla Nəsrəddin Təbrizdə", "Məşrutə dönəmində Azərbaycan qəzetləri", «Təbriz Tənbəki üsyanı illərində», «Əli Müsyo», «Azərbaycan teatrının tarixi», «Bağır xan Salari-Milli», "Qarabağ müharibəsi", "Qarabağ tarixin gedişində", "İstiqlal qəhrəmanı Siqqətülislam" və s.
1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Səməd Sərdariniya Güney Azərbaycanda tariximizə yeni baxış təqdim edən, onu təhriflərdən, qərəzlərdən təmizləyib elmi təməl üzərində qurmağa çalışan tarixçilər nəslinin görkəmli nümayəndəsi idi. Araşdırmalarında daim Azərbaycanı bütöv, vahid götürürdü. Buna görə onun əsərləri Quzeydə də diqqətlə izlənilir və layiqincə qiymətləndrilirdi. 2002-ci ildə o, Bakıdakı Azərbaycan Universitetinin "Fəxri doktoru" adına layiq görülmüşdü. 2006-cı ildə alimin ""Arazın hər iki tayında müsəlmanların soyqırımı" adlı dəyərli əsəri AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatı tərəfindən (farscadan tərcümə edəni Atilla Maralanlı, elmi redaktoru Əkrəm Rəhimli) nəşr edilmiş və böyük maraqla qarşılanmışdı.
Görkəmli alim Səməd Sərdariniyanı cismən itirsək də, gərgin axtarışlarının məhsulu olan əsərləri, kitablarında əksini tapmış düşüncələri bizimlədir. Bu əsərlər və düşüncələr bundan sonra da xalqımızın haqq işinə xidmət göstərəcək, onların müəllifi daim milli mübarizlərin sıralarında olcaqdır
Əsərləri[redaktə | əsas redaktə]
تبریز مهد صنعت چاپ در ایران (۱۳۸۴)
قرهباغ در گذرگاه تاریخ (۱۳۸۴)
سیری در تاریخ آذربایجان (۱۳۸۶)
تبریز شهر اولینها (۱۳۸۱)
قتل عام مسلمانان در دو سوی ارس (۱۳۸۵)
دارالفنون تبریز، دومین مرکز آموزش عالی ایران (۱۳۸۲)
باکو شهر نفت و موسیقی (۱۳۸۵)
جنگ قرهباغ (۱۳۸۴)
مشاهیر آذربایجان (۱۳۷۹)
نقش مرکز غیبی تبریز در انقلاب مشروطیت ایران (۱۳۶۳)
علی مسیو: رهبر مرکز غیبی تبریز (۱۳۵۹)
باقرخان سالار ملی (۱۳۶۹)
ملانصرالدین در تبریز (؟؟)
تاریخچه تئاتر آذربایجان (؟؟)
تاریخ روزنامه و مجلههای آذربایجان (؟؟)
ایروان یک ولایت مسلمان نشین بود (؟؟)
Azerbaycan Pişqame Cameyi Medeni-Semed Serdarniya-Farsi-1377-154s | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 8.49 MB | File Type : Pdf | دیده شده : 430 | Damage report |