Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə
Azərbaycan Milli Elmlər Akademiyası
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri
5 Cilddə
Nəbiyev Bəkir Əhməd oğlu — Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990).
Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).
Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.
Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına daxil olmuş, "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1960).
"Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959-1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982-1986).
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003-2012). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə 1 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 21.65 MB | File Type : Pdf | دیده شده : 479 | Damage report |
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə 2 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 23.66 MB | File Type : Pdf | دیده شده : 520 | Damage report |
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə 3 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 24.52 MB | File Type : Pdf | دیده شده : 490 | Damage report |
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə 4 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 21.68 MB | File Type : Pdf | دیده شده : 496 | Damage report |
Bəkir Nəbiyev Seçhilmiş Əsərləri 5 Cilddə 5 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 26.87 MB | File Type : Pdf | دیده شده : 580 | Damage report |