Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Baxtiyar Vahabzadenin şekilleri-Nazim Ibrahimov-Kiril-Baki-1995
Baxtiyar Vahabzadenin şekilleri-Nazim Ibrahimov-Kiril-Baki-1995
Həyatı]
1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur[1]. 1970-1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi «AES»-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985-86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986-1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir.
1991-97-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir.
2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir.
2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
Fövqaladə və Səlahiyyətli Səfir ranqı vardır. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP üzvüdür.
Ailəlidir, iki övladı var.
| Baxtiyar Vahabzadeinin Şekilleri | |||
|---|---|---|---|
|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
| حجم: 43.19 MB | File Type : Pdf | دیده شده : 1157 | Damage report |
