Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ehsenüt Tevarix-Tarixlerin En Yaxşısı-1404-1578-Hesenbey Rumlu-2017-661s

4778
0
2017/2/26
Number of votes 1
Voting results 7

Ehsenüt Tevarix-Tarixlerin En Yaxşısı-1404-1578-Hesenbey Rumlu-2017-661s

 

 

Həsən bəy Rumlu – Mənşəcə Azərbaycan türklərindən olan XVI əsrdə yaşamış görkəmli tarixçi, məşhur çoxcildlik "Əhsən ət-təvarix" ("Tarix kitablarının ən yaxşısı") təzkirəsinin müəllifi.
Həyatı[redaktə | əsas redaktə]
Həsən bəy Rumlu 1530-1531-ci ildə Qum şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirdiyi məlumdur. Onun atası barədə heç bir məlumat yoxdur. Özünün də xatirələrində yazdığı kimi, babası Əmir Sultan Rumlunun ailəsində tərbiyə almışdır. Onun yazdığına görə, 1536-1537-ci ildə I Şah Təhmasibin kiçik qardaşı Qəzvinə gələrkən o anası ilə Əmir Sultanın yanında yaşayırmış və qonağı şaha layiq hədiyyələr-"çadırlar, pullar, cins atlar və bahalı əşyalarla" qarşılayıblar. Buradan aydın olur ki, Rumlu tanınmış və zəngin bir ailədə tərbiyə almışdır və buna görə də yaxşı təhsil görməli idi. 1539-1540-cı ildə sevimli babasının vəfatından sonra onun sakit və qayğısız günləri də başa çatır. Öz gələcək həyatını qurmaq məcburiyyətində qalan Həsən bəy şahın süvari qvardiyasına daxil olur. Bundan sonra yeniyetmə artıq şahın bütün yürüşlərində iştirak edir və saray həyatı ilə yaxından tanış olur. Yürüşlər zamanı Həsən bəy özünü cəsur və ağıllı bir döyüşçü kimi göstərir. O, xüsusilə 1546-1547-ci ildə Gürcüstan və 1550-1551 -ci ildə Kürdüstan üzərinə yürüşlərdə fərqlənir. Həsən bəyin saraydakı qəbullarda iştirakı barədə tarixçi İskəndər Münşinin əsərindən soraq alırıq. O, Moğol imperatoru Humayunun şərəfinə şah Təhmasibin verdiyi qəbulda Həsən bəyin də iştirak etdiyini göstərir. Həsən bəy öz əsərində o dövrün tanınmış alimlərindən Əbülhəsən və Mahmud Şirazinin yanında təhsil gördüyünü də qeyd edib.
Artıq 1576-1577-ci ildə şah Təhmasib dünyasını dəyişdikdən sonra Həsən bəy doğma Qum şəhərinə qayıdır və öz əsrinin ən qəddar səfəvi şahlarından olan II İsmayıla həsr edilən sonuncu cildini hadisələrin bilavasitə iştirakçısı olmadan yazır. I Şah İsmayılın ölümündən sonra Həsən bəy yenidən, bu dəfə artıq şah Məhəmməd Xudabəndənin dəvəti ilə saraya qayıdası olur.
On iki cildlik "Əhsən ət-təvarix" əsərindən bizə yalnız sonuncu iki cild gəlib çatmışdır. Bu cildlərdə I Şah Təhmasiblə II Şah İsmayılın hakimiyyət illəri təsvir olunub. Azərbaycan və İran tarixi ilə məşğul olan müasir mütəxəssislərin fikrincə, bu əsər həmin tarixi dövrün hadisələrini daha dəqiq və tam bir şəkildə təsvir etmişdir. Bu cildlərdə həmin mərhələdə Azərbaycan və İranda baş verən ictimai-siyasi hadisələr, habelə feodal hakimləri, alimlər, ilahiyyatçılar və şairlər haqqında tərcümeyi hal xarakterli məlumatlar öz əksini tapmışdır. Bunlardan başqa əsərdə qonşu Teymurilər, Ağqoyunlular və Şirvanşahlar dövlətlərində baş verən əsas hadisələr də təsvir olunub.
Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb."

QAYNAQ

Writers:
The publishing year:
2017 (Anno Domini/AD)
Pages:
661
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz