Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

HICA VEZNI - Cefer Ceferov - Kiril

6828
0
2016/5/1
Number of votes 1
Voting results 5


HICA VEZNI - Cefer Ceferov - Kiril

هیجا وزنی-جعفر جعفرلی

---------------

Heca vəzni

Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. .......

Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir.[1] Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur. Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim zamanlardan indiyə qədər ölçü ən çox tələb olunan poetexniki şərtlərdən biri olub. Odur ki, şeirimizdə ən çox işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur.

Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür.  Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Hətta şeirimizin əvvəlki dövrlərində onbirhecalıqlar da da heca vəzninin əsas əlaməti yalnız ölçü olmuşdur”.  Azərbaycan şeirində ölçü sistemi müxtəlifdir. Odur ki, şifahi və yazılı şeir nümunələrində iki hecadan tutmuş iyirmi hecaya qədər rəngarəng ölçülərə rast gəlirik. Məsələn, “yüz ölç, bir biç” kimi atalar sözlərində hər misra cəmi iki hecadan ibarət olub ölçülü-heca vəznindədir. 

Azərbaycan şeirində heca vəzni

Azərbaycan şifahi xalq yaradıcılığında 1-hecalıdan, yazılı poeziyamızda isə 4-hecalıdan 16-hecalıya qədər heca vəzni nümunələrinə rast gəlmək olar. Burada ən işlək variantlar 11, 8 və 7-hecalı variantlardır. 4, 6 və 9-hecalı variantlardan nadir hallarda istifadə olunur. Qalan variantlar isə az və qismən işlək səviyyədədir. Heca vəznli Azərbaycan şeirində misraların uzunluğu və ona uyğun əsas bölgülənmə variantları aşağıdakı cədvəldə göstərilmişdir:

Ümumtürk şeirində heca vəzninin yaranma tarixi

Yaranması qədim dövrlərə aid olduğu ehtimal edilən mənzum (qafiyəli) şifahi xalq yaradıcılığı nümunələri içərisində (atalar sözləri və məsəllər, xalq deyimləri və s.) heca vəzninə tam uyğun və yaxın nümunələrə rast gəlmək olar.[3][2] Bu nümunələrə əsasən xalq yaradıcılığı məhsulu kimi heca vəzninin formalaşmasını nəzəri cəhətdən müəyyənləşdirmək mümkün olsa da, bu inkişafın hansı əsrlərdə, hansı mərhələlərlə baş verdiyini öyrənmək xeyli çətinliklər yaradır. Ümumtürk yazılı mənbələrində tarixə məlum ilk normal heca vəzni nümunələri Mahmud Kaşğarinin "Divanu Luğati-t-Türk" əsərində (XI əsr) artıq mövcuddur. Bu əsərdəki şeirlərdə 7-hecalı (4-3 bölgülü) nümunələr əksəriyyət təşkil edir. Həmçinin 5, 8 (4-4), 6 (2-2-2 və 3-3), 11 (7-4 və 4-4-3), 12 (6-6 və 4-4-4) və 14-hecalı (7-7) nümunələrə də rast gəlinir. Divandakı şeirlərdə az sayda fərqli hecalı və bölgüsü hiss olunmayan misralara da rast gəlinir.

Məlumdur ki, "Divanu Luğati-t-Türk"ə qədər VIII-IX əsrlərə aid uyğur şeir mətnləri (dini məzmunlu Maniçi poeziya) vardır. XI əsrdə (bəzi fikirlərə görə daha öncəki əsrlərdə) qələmə alınmış, sonradan üzü köçürülmüş Dədə Qorqud dastanında olan şeirlərin isə formaca hansı dövrün məhsulu olduğunu müəyyən etmək xeyli çətindir. Bu abidənin bu günə gəlib çatmış ən əski əlyazma nümunəsi XVI əsrə aiddir. Məlumdur ki, bu dövrdə artıq heca vəzni mükəmməl bir inkişaf səviyyəsinə çatmışdı. Dədə Qorqud dastanının yaranma dövrünün əsasən VII əsr olduğu qəbul edilir. Həmin dastanın məzmununda isə hətta eramızdan əvvəlki dövrləri əks etdirən motivlər var. Dədə Qorqud şeirlərində heca vəzninin müəyyən elementlərinə (4-lük, 3-lük və 7-lik bölgüləər və s.) rast gəlinsə də heca vəzni (həmçinin qafiyə) hələ formalaşmamışdır. Maniçi uyğur şeirləri də formaca Dədə Qorqud şeirlərinə oxşardır, Belə ki, burada da qafiyələnmə əvəzinə eyni söz və ya şəkilçinin təkrarı müşahidə olunur. Misralarda heca sayları fərqlidir. Misraların bölgülənməsi isə demək olar ki, hiss olunmur. Məhz bölgülənmə baxımından maniçi uyğur şeir mətnləri Dədə Qorqud şeirlərindən geri qalır. Lakin həmin uyğur şeirlərinin qələmə alındığı VIII əsrdə heca vəzninə daha yaxın şeirin paralel şəkildə mövcud olub-olmadığı qaranlıq qalır.

Göründüyü kimi mövcud yazılı mənbələr hələlik ümumtürk şeirində, o cümlədən Azərbaycan-türk şeirində heca vəzninin inkişaf yolunu xronoloji olaraq izləmək üçün yetərli deyil.

Writers:
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi - cyrillic

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz