Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ordubad Şeherinin Müselman Epiqrafikasi Abideleri-Hacı Fexretdin Seferli-Baki-2009-194s

3163
0
2017/5/7
Number of votes 1
Voting results 5

Ordubad Şeherinin Müselman Epiqrafikasi Abideleri-Hacı Fexretdin Seferli-Baki-2009-194s

Image result for Ordubad Şeheri

Image result for Ordubad Şeheri

    Tarixi abidələrlə zəngin Ordubad qoruq şəhəridir. Ordubad Dövlət Tarix-Memarlıq qoruğunun direktoru Nəzakət Qasımova ilə görüşüb, bu barədə ətraflı məlumat verilməsini xahiş etdik:
   
    -Özünün orta əsr milli memarlıq və şəhərsalma quruluşunu qoruyub-saxladığına görə Ordubad şəhəri İçərişəhər, Şuşa və Şəki şəhərləri ilə birlikdə dövlət tərəfindən hələ 1977-ji ildən qoruq elan olunub. Ordubad dünyanın ən qədim insan məskənlərindən biridir.
   Ordubad Tarix-Memarlıq qoruğu rayon mədəniyyət şöbəsinin nəzdində 1979-ju ildən fəaliyyət göstərməyə başlayıb.
   Ümumiyyətlə, Ordubad rayon üzrə 600-dən artıq irili-xırdalı tarix- mədəniyyət abidəsi mövjuddur. 
   19-ju əsrin 30-40-jı illərindəki məlumata görə, Ordubad şəhəri 5 hissəyə bölünmüşdür: Ambaras, Kürdətal, Mingis, Sərşəhər və Üçtürləngə. Bütün küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə 2-3, bəzən isə 4 kiçik meydan yerləşir. Bu meydanlar ensiz, qəribə, əyri-üyrü, 3-4 küçənin qovuşuğunda yerləşib. Hər belə meydan özündə bir sıra xidmətediji elementləri birləşdirir. Bura kiçik məsjid (məhəllə məsjidi), çeşmə və meydanı öz çətiri ilə örtən çinarlar aiddir. İndiyə qədər də məhəllə meydanları öz əhəmiyyətini saxlayır. 
   Həmin meydanlarda yerləşən məhəllə məsjidlərinin minarəsi olmur. Minarəni məsjidin damında yerləşən səki əvəz edir. Ora kiçik pilləkənlə qalxmaq olur. Ordubad məsjidlərinin yerini uzaqdan onların qarşısında ujalan çinarlarla təyin etmək olar. Şəhərin baş magistralını qədim küçə təşkil edir. Bu küçə indi də əsas küçə kimi öz əhəmiyyətini saxlayaraq şəhərin mərkəzini dəmiryol vağzalı ilə birləşdirir. 
   Şəhərin ümumi panoramasını yaratmış yaşayış binaları şəhəri Azərbayjanın başqa şəhərlərindən xeyli fərqləndirir. Məhəllələr ikimərtəbəli şəhər evləri və səkkizbujaqlı daxili həyətə malik kiçik memarlıq elementləri ilə zəngin olan binalardan təşkil olunub. Onu da qeyd edim ki, şəhərin əsas sənaye memarlığı ünsürü onun yeraltı kəhriz sistemi ilə əhatələnməsidir. 17-ji əsrdə 70 bulaq şəhəri su ilə təjhiz etmişdir. Bu kəhriz sistemi bir-biri ilə əlaqəli şəkildə şəhəri büsbütün əhatə edir. Kəhrizlərin əksəriyyətinin uçulub tökülməsi, onların bəzilərinin gözlərinin tutulmasına, ovdanların dağılmasına səbəb olmuşdur. Bajarıqlı kankanların köməyi ilə bir neçə çeşmə, ovdan təmizlənib bərpa olunmuşdur. "Dilbər", "Mədrəsə", "Şayi" bulaqları buna misal ola bilər. 
   Əməkdaşlarımız tarix-memarlıq abidələrinin mühafizəsi, məqsədli istifadə olunmasına, təbliğinə, bərpa işlərinə məsuldurlar. Bu məqsədlə bir sıra tədbirlər işləyib hazırlamışıq. Rayonun bütün müəssisə və təşkilatlarında Ordubadın tarixi abidələri və onların qorunması barədə mühazirələr oxuyur, rayon qəzetində vaxtaşırı çıxış edirik. Qoruğun nəzdində "Tarix və mədəniyyət abidələrinin mühafizəsi", "Xalq mədəniyyət universiteti" və "Yurd" divar qəzeti fəaliyyət göstərir. Az öyrənilmiş abidələrin pasportlaşdırılması işi davam etdirilir. Bütün abidələrə qoruma-unvan lövhələri vurulub. Bir çox tarixi abidələrdə, o jümlədən "Əngəş", "Qırxpillə", "Meyrəmçə" və "Yetim" məhəllə məsjidlərində təmir-bərpa işləri aparmışıq.
   2005-ji ildə "Yuxarı Ambaras" və "Sultan Murad" məsjidi yerli sakinlərin dəstəyi ilə əsaslı təmir olundu, Dədə Qorqud küçəsində yerləşən "Yetim" məsjidində şəhər jamaatının köməkliyi sayəsində əsaslı təmir-bərpa işləri aparılıb. 
   80-ji illərdə Ordubad tarix və mədəniyyət abidələrinin bərpa emalatxanası fəaliyyət göstərmişdir. 1990-jı ilə qədər onlar bir çox abidələrin bərpası məşğul olmuşdular. 17-ji əsrin tarix-memarlıq kompleksi olan "Zorxana"nı, 18-ji əsr tarixi abidəsi "Sərşəhər" məsjidinin, 16-jı əsrin yadigarı "Yuxarı Ambaras" məsjidini, 14-jü əsrdə "Buzxana"nı, 16-jı əsrdə inşa edilmiş "Jame" məsjidini, 18-ji əsrdə ujaldılmış "Malik İbrahim" və "Dilbər" məsjidləri, 1826-jı ildə Aza çayı üzərində tikilmiş körpünü, Yuxarı Əylis kəndindəki 17-ji əsrin nişanəsi olan Şah Abbas məsjidini tamamilə bərpa edib həyata qaytarmışlar. Burada bir xeyirxah işi də qeyd etmək yerinə düşərdi. 9-ju əsr tarix memarlıq abidəsi Mingis məsjidi el ağsaqqalı Hüseyn Əliqulu oğlu Qənbərovun adına hörmət və ehtiram əlaməti olaraq övladları tərəfindən 2001-ji ildə yenidən tikilib bərpa edilmişdir. 
   Tariximizin ulu yadigarlarını göz bəbəyi kimi qorumaq, yurd yerimizi gələjək nəsillərə olduğu kimi əmanət etmək hər birimizin borjudur.

 

The publishing year:
2009 (Anno Domini/AD)
Pages:
194
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz