Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Osman Türkayın Poetik Irsi - Elmira Fikretqızı
Türk dünyasının “yavru vətəni” sayılan Şimali Kipr Türk Cümhuriyyətinin müasir poeziyasının formalaşması və inkişaf yollarının araşdırılması kimi mürəkkəb prosesin elminəzəri təhlilinə həsr olunmuş monoqrafiyanın mövzusu son dərəcə aktual və yenidir.
Məlumdur ki, uzun müddət ərzində müxtəlif qadağalar, siyasi‐ideoloji maneələr Kipr xalqının gerçək soykökünü, milli‐mənəvi dəyərlər sistemini öyrənməyə, qədim tarixə və zəngin mədəniyyətə malik və türk sivilizasiyasının ayrılmaz
hissəsi olan bu etnosun öz halalca ədəbiyyatını araşdırmağa imkan verməmiş, türkologiyamızı bu zəngin ədəbi‐bədii mirasdan bixəbər buraxmışdır. Əvvəllər daha çox keçmiş SSRİ məkanında yaşayan türkdilli xalqların və Türkiyə türklərinin ədəbiyyatı tədqiqata cəlb edildiyi halda, ölkəmiz öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra həm Türkiyə ədəbiyyatı daha geniş və dərindən tədqiq olunmağa, həm də onun sərhədlərindən kənarda – Bolqarıstan, Makedoniya, Misir, İraq, Kipr və s. ölkələrdə təşəkkül tapan türk ədəbiestetik fikrinin öyrənilməsi və tədqiq edilməsinə başlanılmışdır. Bu baxımdan, Azərbaycan şərqşünaslığında kiprşünaslığın bir elm sahəsinə çevrilməsi işində Elmira xanım Məmmədovanın böyük xidməti qeyd olunmalıdır.
Çox müxtəlif məqalələrdə (müəllifin bu sahədə ölkəmizdə, Kiprdə, Türkiyədə, İranda və Qazaxıstanda iyirmidən çox elmi məqaləsi və konfrans materialları nəşr edilmişdir)..
Osman Türkayın Poetik Irsi - Elmira Fikretqızı | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 5.36 MB | File Type : Pdf | دیده شده : 429 | Damage report |