Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Turuzda Rövşen Yerfi Toplağı

3079
0
2019/5/29
Number of votes 1
Voting results 6

Turuzda Rövşen Yerfi Toplağı

Tıkla

Turuzda Rövşen Yerfi Toplağı
 

 

Fotoqrafiya

 

Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993).

Həyatı

Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində xidmət etmişdir. İstefada olan ədliyyə mayorudur.

2014-2015-ci illərdə kitab redaktorluğu işi ilə məşğul olmuş, altmışadək kitabın nəşrində (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.

Fəaliyyəti

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (28-30 Sentyabr 2017-ci il)

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri və 7 hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda “Günahsız qatil”, “Sel”, “Müqəssir” povestlərini və beş hekayə yazmışdır. “Lənətə gələnlər”, “HİV qasırğası”, “Ziyarət”, “Baba yurdu” povestləri, qırxdan çox hekayəsi, kiçik esseləri və mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. “Mənim gündəliklərim” adlı memuarında 1987-1990-cı illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.

Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın həbsxanası haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013)) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

Beş kitab redaktorudur. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Esse, memuar, hekayə və povestləri ondan çox saytlarda, o cümlədən, Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 10 elektron kitabı yayımlanır.

QAYNAQ

 
Writers:
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz