Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Zaqatala Folklor Örnekleri-1.Qapıq-Zumrud Mensimova-2017-504s

3709
0
2017/2/17
Number of votes 1
Voting results 5

Zaqatala Folklor Örnekleri-1.Qapıq-Zumrud Mensimova-2017-504s

Image result for Zaqatala

 

Zaqatala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati mərkəzi. 1840-cı ildə şəhər statusu almışdır.[2]
Tarixi[redaktə | əsas redaktə]
Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840-cı ildən şəhər adlandırılmışdır. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. E.ə. VII (7-ci) əsrin əvvəlində Kimmer - Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi

Zaqatala qalası
Mədəniyyəti[redaktə | əsas redaktə]
Rayon ərazisində 252 mədəniyyət obyekti (mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu.Tarixi abidə və s.) var. “Aygün” müstəqil televiziya şirkəti 1993-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda televiziyada 6 nəfər çalışır. “Aygün” televiziyası təkcə Zaqatala rayonunda deyil, o cümlədən Şəki, Qax və Balakən rayonlarında da yayımlanır.
"Aygün" televiziyasında yayımlanan verilişlərdə vətənpərvərlik, dövlətçilik, milli adət-ənənələrimiz, rayonda, eləcə də bölgədə aparılan tikinti-abadlıq və quruculuq səliqə-səhman işləri, sosial problemlərin həlli istiqamətində görülən işlər üstünlük təşkil edir.
Zaqatala” qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər “Zaqatala kəndlisi” adlanan qəzet sonralar “Kolxozun səsi”, “Bolşevik kolxozu uğrunda”, “Qırmızı bayraq” və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir. Hal-hazırda “Zaqatala” qəzeti redaksiyasında 5 nəfər çalışır.
"Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.
İqtisadiyyatı[redaktə | əsas redaktə]
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq, tütünçülük, meyvəçilik, gülçülük, çayçılıq, bostan və tərəvəz bitkiçiliyi, heyvandarlıq sahələri inkişaf etmişdir. Rayon ərazisinin 55,7 faizinin və ya 75,2 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir.
Rayonda sənaye sektoru, o cümlədən emal sənayesi də kifayət qədər inkişaf etmişdir. 27 sənaye müəssisəsinin 78,1 faizi emal sənayesi ilə məşğul olur. Sənayedə istehsal olunan məhsulun 81,0 faizi qida sənayesinin payına düşür.
Zaqatala rayonu zəngin təbii ehtiyatlara malikdir. Rayon turizmin, mebel sənayesinin, tikinti sənayesinin, ovçuluğun, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanlara malikdir.
Ümumi ərazinin 37,8 faizdən çoxunu və 51,0 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir. Meşələrdə 4,5-6 milyon kub metr oduncaq ehtiyatı vardır. Mövcud meşələrin 85 faizi dağlıq ərazidə yerləşir, su, torpaqqoruyucu, hava təmizləyici və estetik gözəllik mənbəyi kimi müstəsna əhəmiyyətə malikdir.
Zaqatala meşələrində qiymətli ağac növlərindən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qarağac və s. ağac növləri vardır ki, bunlardan mebel sənayesində istifadə edilə bilər.
Tikinti materialları sənayesini inkişaf etdirmək üçün rayonda əhəng daşı, qum, gil, çay daşı və s. ehtiyatlara malikdir ki, bu da rayonda asfalt, sement, silikat kərpic, dəmir beton məmulatlarının istehsalını inkişaf etdirməyə imkan verir.
Ərazinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər aça bilər. Ərazidə həm respublika vətəndaşlarının, həm də xarici vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri (Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s.) mövcuddur. Zaqafqaziyada təşkil edilmiş ilk qoruq sayılan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Qoruğu (ərazisi 47.4 min ha.) ekoturizmin inkişafı üçün əvəzsizdir.
Rayonun ərazisi mürəkkəb coğrafi relyefə malikdir. Alazan vadisindən başlayaraq 40-50 kilometr məsafədə hündürlük 350 metrdən 3000 metrə qədər yüksəlir. Bu da ərazidə yaşayan heyvanların növ müxtəlifliyinə və onların artıb çoxalmasına əlverişli şərait yaradır. Odur ki, respublikada mövcud olan 340 quş növündən 104-ü, 92 növ məməlidən 42-ı rayon ərazisində mövcud arsallar üzrə yayılmışdır. Rayonun bioekoloji xüsusiyyətləri, o cümlədən Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə özəl ovçuluq təsərrüfatı yaradıla bilər. Bu təsərrüfat həmçinin həmin ərazilərdə geniş yayılmış dərman bitkilərinin tədarükü və emalı ilə də məşğul ola bilər. Dərman bitkilərinin tədarükü və emalı sənayesinin inkişafı üçün rayonun ərazisində 1000-ə qədər bitki növü, o cümlədən 50-ə qədər dərman bitkiləri mövcuddur.

QAYNAQ

 

The publishing year:
2017 (Anno Domini/AD)
Pages:
504
File Type:
PDF Document
Written or Spoken Language:
Azərbaycan Türkcəsi

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz