Bağış

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl

USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ata Poeması - Söhrab - Sohrab Tahir, ATA POEMASI

18526
0
2016/4/8
Number of votes 1
Voting results 7

 

ATA POEMASI
SÖHRAB TAHIR
سؤهراب طاهر، آتا پوئماسی

Söhrab Tahir, Azərbaycanın görkəmli, coşqun qoşuqçusu, söz usdalarındandır.
sayın oxucular, Söhrab bəyin, ən dəğərli saydığı işlərindən olan bu işini, iki yasmada (nusxədə) sizlərə sunuruq.

ATA POEMASI İKİ qapıdan oluşur.
Birinci yasma: əbcəd alfabeti: Birinci qapı 'göycə yazılar
yığmasında basılmış.İkinci qapı, söhrab bəyin əl yazmasıdır.
İkinci yasma: kirelcə basılmışdıri

Çap: Bakı. ...

Birinci qapı: Ərəb əlifbasında

Kitabın adi: ATA POEMASI

Yazar: Söhrab Tahir

Biçim: PDF

Ölçü: 1.61 Mb

Dil: Türkcə / Ərəb əlifbasında

Kitabı İndir/DOWNLOAD

 

İkinci qapı: Ərəb əlifbasında

Kitabın adi: ATA POEMASI /Əl yazıları

Yazar: Söhrab Tahir

Biçim: PDF

Dil: Türkcə / Ərəb əlifbasında

Kitabı İndir/DOWNLOAD

 

 

Kiril Əlifbasında

Kitabın adi: ATA POEMASI

Yazar: Söhrab Tahir

Tarıx: 2000

Biçim: PDF

Dil: Türkcə/ Kiril

 

Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycanın xalq  şairi[1], nasir, publisist

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə MoskvadaMaksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

 

 

 

 Sayın oxucular!
Turuz sitesi bir kültürəl ocaq olaraq dilçiliklə bağlı qonulardan danışır. Bu sitə dilçiliklə bağlı dəyərli bilgilər verməkdədir.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında, başqa sitələrdən dəyişik olaraq, eyləmlə(fe'l) bağlı anlamların açıqlayır.
Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib oxuyabilərsiniz. Umuruq ki bu sitə, siz dəyərli, sayın oxucular yardımıyla, dilçilik qollarının gəlişməsi, yüksəlişi yolunda bir addım götürəbilsin.
Bey Hadi ([email protected])
Təbriz