Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Dağlar Yuxunuz Çin Olsun - Elməddin Nicat
KƏLBƏCƏR YUXULARINI XATİRƏ KİMİ SÖYLƏYƏN ŞAİR
Kəlbəcərin ağır eli yerindən, yurdun-dan cüda düşəndə Elməddin yəqin uşaq olardı və indi o Kəl-bəcəri yuxu kimi xatırlayır. Bütün Kəlbəcər şair-ləri kimi, Elməddin Nicat da əslində yuxularını danışır və yazır. Çünki, vətənə qayıtmaq hələ yuxularda mümkündür.
Hər bir Kəlbəcər şairinin ömrünün miqyası yadına salabildiyi yer adları, xatırladığı təbiət obrazları qədərdir. Elməddinin ömrünün hüdudları söylədiyi xatirələrlə, yaşantılarla tamamlanır. O, xatirələrini yuxu kimi yozur, yuxularını da xatirə kimi danışır. Qaçqınlıq-köçkünlük, vətəndə vətən həsrəti, qəriblik ağrısı Kəlbəcər şairlərinin taleyinə yazılıbdır. Neçə şair göz yaşını içinə axıdıbdır, Kəlbəcərin yuxularına girdiyinə inanıblar.
Ana fəryadından ayılan uşaq,
Nənnisi tərsinə qoyulan uşaq,
Vətəni çadırlar sayılan uşaq,
Bir qaçqın şeiri deyəcəm sizə.
Taleyə baxın: Azərbaycan şeirinin ənənəvi mövzu təsnifatına bir mövzu da əlavə olunur: qaçqın şeiri. Başqa bölgələrimizin şairləri məndən inciməsinlər..
Dağlar Yuxunuz Çin Olsun Elmeddin Nicat Urmu Turuz 2014 | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 271.69 KB | File Type : Pdf | دیده شده : 507 | Damage report |