یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

I Ci Dünua Muharibesinde Qafqaz Cebhesinde ermeni Amili - Nazim Qəhrəmanov

4418
0
2014/12/14
سس لرین سایی 3
سس وئرمه نین سونوجو 6

Kitabda ötən əsrin əvvəllərində Azərbaycan torpaqları uğrunda gedən dövlətlərarası mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir. Müəllif arxiv sənədləri, habelə bir çox türk və avropalı tədqiqatçıların əsərlərindən istifadə etməklə erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərini ifşa etmişdir.

ÖN SÖZ

Azərbaycan qədim diyardır. Vətənimiz yerləşdiyi siyasi məkana görə tarixən yadellilərin işğal obyekti olmuşdur. Azərbaycan xalqının qəhrəmanlıqlarla zəngin olan şərəfli tarixi vardır. Bu tarixlə həqiqətən də qürur duymaq olar. Bu tarixdə vətən oğullarımızın hərbçilik, sərkərdəlik bacarıqları, milli vətənpərvərlik ruhu da bugünkü baxımdan çox önəmlidir.

Monoqrafiyada Azərbaycan torpaqları uğrunda gedən dövlətlərarası mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və ermənilərin bu siyasətin həyata keçirilməsində oynadıqları mənfi rol göstərilmişdir. Bu siyasətin ifşa olunmasına dair kifayət qədər tarixi faktlar gətirilmiş və onlar ətraflı təhlil olunmuşdur.

Monoqrafiyada Türkiyə Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin arxiv sənədlərindən istifadə edilmiş, istər ermənilərin və istərsə də onların havadarlarının yeritdikləri məkrli niyyətlər üzə çıxarılmışdır.

600 il Anadolu torpaqlarında türklərlə yanaşı, əmin-amanlıq şəraitində yaşayan mənfur qonşular daim inkişaf etmiş, Osmanlı dövlətində ən imtiyazlı xalqı kimi dövlətin onlara etibarından istifadə edərək hökumətin idarəetmə orqanlarında yüksək vəzifələrə yüksəlmişlər. Lakin ermənilərin mənfur niyyətləri, havadarlarının dəstəkləri və bəzi Avropa dövlətlərinin erməni amilindən istifadə edərək türk torpaqlarını parçalamaq istəkləri nəticəsində ermənilər türklərin əleyhinə mübarizəyə sövq edilmişlər.

XIX əsrin 60-cı illərindən öz separatçı təşkilatlarını formalaşdırmağa başlayan ermənilər yarım əsr ərzində böyük təşkilatlanma yolu keçərək öz milli ordularını yaratmağa nail olmuşlar. Böyük dövlətlər, xüsusi ilə də çar Rusiyası, sonradan isə bolşevik Rusiyası hər vəchlə ermənilərə böyük yardımlar edirdi. ÇarRusiyasının rəhbərliyi isə daha irəli gedərək öz ordusu tərkibində Erməni Milli Ordusu (EMO) yaratmaq haqqında sərəncamlar imzalamışdır.

Əsarət altında yaşayan Azərbaycan milli ordu yarada bilməmiş və bunun nəticəsidir ki, ermənilər tərəfindən qətliamlara məruz qalmışdır. Azərbaycanlıları kütləvi surətdə məhv etmək, onların yaşadıqları əraziləri zəbt edərək "Böyük Ermənistan" adlanacaq dövlətin tərkibinə daxil etmək planlarının qarşısı yalnız Azərbaycan Demokratik Respublikası tərəfindən alınmışdır.

Çar Rusiyasının köçürmə siyasəti nəticəsində Qafqaz bölgəsində məskunlaşdırılan və heç bir zaman dövlət qurumuna malik olmayan ermənilər yalnız 1918-ci ildə böyük dövlətlərin yeritdikləri siyasət nəticəsində «Ermənistan» adlı dövləti yaratmağa müvəffəq oldular.

Göstərilən bütün bu faktlar arxiv sənədləri ilə oxucuların diqqətinə təqdim edilir.

Monoqrafiya AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu elmi şurasının iclasının 2007-ci il 30 may tarixli 6 saylı qərarı ilə çap olunur.

Yazılan monoqrafiyanın çap olunmasında böyük köməklik göstərən Azərbaycan Respublikası müdafiə sənayesi naziri Yavər Camalova, nazir müavini Yəhya Musayevə, şöbə müdiri Fərrux Vəzirova və İstehsalat Birliyinin rəhbəri Səlahəddin Əsgərova öz minnətdarlığımı bildirir və xeyirxah yardımlarına görə bir daha təşəkkür edirəm.

Müəllif

یازیچی لار:
یایین لایان:
E.L
یایین ایلی:
2008 (میلادی)
صحیفه لر:
204
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز