Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Ağacların Söhbeti-Mehdi Seyidzade-Baki-1987-80s
Ağacların Söhbeti-Mehdi Seyidzade-Baki-1987-80s
Həyatı
Seyidzadə Mehdi Həsən oğlu (11.11.1907 – 31.08.1976, Bakı) Aşxabad şəhərində anadan olmuşdur. 3-4 yaşında Bakıya köçmüşdür. 1958-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi adını almışdır. 1929-cu ildə ilk mənzum nağılı "Keçəl Səməd" kitabça şəklində çapdan çıxmışdır.
Lirik şeirlərində insanın quruculuq əzmini, vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm etmişdir. Klassik poeziya ənənələrini yeni məzmunla zənginləşdirən qəzəlləri geniş yayılmışdır. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər, təmsillər ("Nərgiz", "Qızıl quş", "Ayaz", "Büllur qəsr") və s. yazmışdır.
Rus şair və yazıçılarının nağıl və şeirlərini Azərbaycan və latın dilinə tərcümə etmişdir. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.1958 ci ildə Lenin komsomolu mükafatı ilə təltif edilmişdir.
Azərbaycan şairi, dramaturq Mehdi Həsənoğlu Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir.
Mehdi Seyidzadənin 1932-ci ildə ayrıca kitabca şəklində nəşr edilən və mükafata layiq görülən "Şanlı gün" poeması məktəblilər üçün sevimli əsər olmuşdur. Sonra Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır.
O, müasir mövzuda uşaq şerləri və nəğmələri, "Zirək Səməd" mənzum nağılını yazmışdır. Onun "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və sairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şerlərinə isə mahnılar bəstələnmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsil almış yazıçı 1932-1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir .
1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur (1944).1966 cı ildə "Əmək veteranı" medalı ilə təltif edilmişdir
Yazıçının Ömər Xəyyam, A.S. Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Əməkdar incəsənət xadimi Mehdi Seyidzadə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və bir sıra medallarla təltif olunmuşdur.Mirmehdi Seyidzadə 1975-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur.
Mir Mehdi Həsənoğlu Seyidzadə 1976-cı il avqust ayının 30- da vəfat etmişdir.
Ağacların Söhbeti-Mehdi Seyidzade-Baki-1987-80s | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 3.05 MB | فورمات : Pdf | گؤرونتولندی : 409 | خطانی بیلدیرمک |