یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Arpaçayı Vadisinin Tunc Dövrü Arxeoloji Abidələri - Zeynəb Quliyeva

4701
0
2015/1/30
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

1988-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağ probleminin ortaya atılması ilə əlaqədar Azərbaycanda həyatın bütün sahələrini bürümüş böhran aparılan elmi tədqiqat işlərinə də öz mənfi təsirini göstərmişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi elm sahəsində də inkişaf başladı. Elmi-tədqiqat işlərinin, xüsusilə tarixi tədqiqatların bu inkişafı özünü Naxçıvan Muxtar Respublikasında da göstərdi və Naxçıvan şəhərində Ali Məclis Sədrinin Sərəncamı ilə 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan sonra daha geniş vüsət aldı. Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyətimizin müxtəlif problemlərinin sistemli, hərtərəfli, dərindən və obyektiv şəkildə öyrənilməsində ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci ildə imzaladığı Sərəncamla yaradılan AMEA Naxçıvan Bölməsinin, xüsusilə onun tərkibində həyata vəsiqə alan Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük rolu oldu. Məhz bundan sonra Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası və s. sahələrdə olduğu kimi arxeologiyası istiqamətində də dissertasiyalar yazılması, kadrlar hazırlanması, uğurlu tədqiqatlar aparılması, məqalə və monoqrafiyaların işlənib nəşr etdirilməsi sahəsində bir sıra uğurlar əldə edildi. Hazırda Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsi sahəsində nailiyyətlər tədqiqatlar davam etdirilməkdə, yeni əsərlər hazırlanmaqdadır. Tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyevanın nəşr üçün hazırladığı “Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri” monoqrafiyası da bu qəbildən olan tədqiqat sırasında özünəməxsus layiqli yer tutur…

یازیچی لار:
یایین لایان:
Elm vəTəhsil
یایین ایلی:
2014 (میلادی)
صحیفه لر:
176
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز