Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti 2 Cild - Rübabə Əliyeva
Hər bir xalqın tarixi, dili, etnogenezi, təfəkkürü, məşğuliyyəti haqqında dəyərli məlumat verən toponimlər onomastik vahidlər sırasında öz zənginliyi ilə seçilir. Lüğətdə toplanmış toponimlər Azərbaycan Respublikasının bu günü və yaxın keçmişi (1980-ci illər) ilə bağlı olan coğrafi adlardır. Müstəqillik dövründə dəyişdirilmiş adlar da lüğətdə öz əksini tapmışdır.
Lüğətin tərtibində toponimiyadakı son məlumatlar nəzərə alınmışdır.
Lakin bəzi məqamlarda tərtibçilər və redaktor öz mövqelərindən çıxış etməyi lazım bilmişlər. Belə ki, əsasən toponimik tədqiqatlara yardım məqsədilə nəzərdə tutulmuş bu lüğətdə gələcək tədqiqatçıları düzgün istiqamətləndirmək üçün kəndlərin adları onların daxil olduqları inzibati ərazi vahidlərinin adları ilə birlikdə çəkilir. Müstəqillik dövründə dəyişdirilmiş adların bəziləri tərtibçiləri qane etmədiyindən, köhnə adların etimologiyası da açıqlanmış və beləliklə də qədim dil vahidlərinin dildən çıxarılmasına qarşı tədqiqatçılar öz fikirlərini söyləmiş olmuşlar.
Lüğətin tərtibində müəlliflərin öz tədqiqatları ilə yanaşı, Azərbaycanın bir çox görkəmli dilçi alimlərinin, türkoloqların, tarixçilərin, coğrafiyaşünasların, toponimistlərin, etnoqrafların əsərləri nəzərdən keçirilmiş, mövzu ilə bağlı müxtəlif lüğətlərə, toplulara, inzibati ərazi bölgülərinə müraciətlər olmuş, müqayisələr aparılmışdır..
Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti Cild I Rübabə Əliyeva | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 3.81 MB | فورمات : Pdf | گؤرونتولندی : 1052 | خطانی بیلدیرمک |
Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti Cild II Rübabə Əliyeva | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 27.7 MB | فورمات : Pdf | گؤرونتولندی : 953 | خطانی بیلدیرمک |