Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Türklərinin Mifolojyası - Ramazan Orucoğlu Qafarov
Mövzunun aktuallığı. Qafqazın türkdilli əsas etnosunun mifoloji düşün-cəsinin genezisi və evolyusiyasının öyrənilməsi günümüzün aktual məsələlərindən biridir. Tədqiqatın predmeti, eləcə də problemin qoyuluşu onunla şərtlənir ki, Azərbaycan xalqının tarixi kökləri, ilkin təsəvvürləri, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcı əhatəli siyasi-ictimai fəaliyyət dairəsində hələ də sirli qalır və folklorşünaslıq baxımından hərtərəfli araşdırıl-mamışdır. Ənənəvi mədəniyyətin arxaik elementləri ədəbiyyatşünaslığın bir sıra nəzəri problemlərinin, xüsusilə genezislə bağlı məsələlərin həllində əsas mənbədir. İbtidai inancların təhlili mifoloji görüşlərin, eləcə də digər ilkin düşüncə formalarının tarixini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Mif∗, ritual, adət-ənənələr və inanclardan doğan mərasim nəğmələri müxtəlifyönlü etnik pro-sesləri tənzimləməklə yanaşı, xalqın özünü müəyyənləşdirərək tarixi proseslərdə yer tutmasında xüsusi rola malik olur. AMEA-nın müxbir üzvü A.Nəbiyevin sözləri ilə desək, “dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşün-cəsində özünəməxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi olan cəhətləri və xüsusiyyətləri də vardır. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün ən mötəbər mən-bələrdəndir.”
Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə gələni isə mifoloji düşüncədir. Bu sıraya mərasimlər, bayramlar, adətlər – mədəni irsin başqa arxaik atributları da daxildir. Lakin dünyanı dərketmədə əldə olunan ilkin nəticələr köklə – çox dərin qatlarla bağlandığından əsas meyar rolunu miflər oynayır. Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin kompleks şəkildə...
Azərbaycan Türklərinin Mifolojyası - Ramazan Orucoğlu Qafarov | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 835.12 KB | فورمات : Pdf | گؤرونتولندی : 746 | خطانی بیلدیرمک |