Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycanın Qedim Ve ilk Orta esrlər Tarixi Iran Tarix Şünaslığında 3-7ci Əsrlər - Abdulla Fazili – Baki - 1984 - 191s
Azərbaycanın Qedim Ve Ilk Orta Əsrlər Tarixi Iran Tarix Şünaslığında
3-7ci Əsrlər
آزربایجان قدیم و ایلک اورتا عصرلر تاریخی ایران تاریخ شناسلیغیندا - عبدوللاه فضلی- باکی-1984
Abdulla Fazili
Baki - 1984
191s
------------
Abdulla Həsənalı oğlu Fazil
Əsər təqribən II əsri əhatə edir. III Dara Makedoniyalı İskəndər tərəfindən
məğlub edildikdən sonra Əhəməni imperiyası dağılır. Məhz həmin tarixdən
etibarən Atropatın başçılığı ilə Azərbaycanda müstəqil Atropatena dövləti yaradılır
və bu sülalə 350 ilə yaxın yaşayır.
Monoqrafiyada Azərbaycan xalqının Roma işğalçılarına qarşı apardığı
müharibə Atropatenanın tarixi coğrafiyası, iqtisadiyyatı, şəhərlərin, ticarəti və
ticarət yolları, habelə göstərilən ərazidə aparılan arxeoloji qazıntıların
nəticələrindən bəhs olunur.
Burada azərbaycanlıların dini etiqadı məsələləri də öz əksini tapmışdır.
Vətənimizin ərazisində təşəkkül tapmış ən qədim dövlətlərdən biri olan
Atropatena dövlətinin sosial-siyasi, iqtisadi və mədəni tarixi Azərbaycan
tarixşünaslığında ən zəif öyrənilmiş sahələrdən biridir. Bunun əsas səbəbi müvafiq
yazılı mənbələrin olmaması, eləcə də qədim Atropatena dövlətinin əhatə etdiyi
ərazidə məqsədyönlü arxeoloji qazıntıların demək olar ki, aparılmaması, antik və
erkən orta əsr müəlliflərinin verdiyi məlumatların sistemləşdirilib elmi təhlildən
keçirilməməsindən ibarətdir. Lakin fraqment xarakterli məlumatların və eləcə də
təsadüfi arxeoloji (Həsənlu və Təxt-e Süleyman qazıntıları istisna təşkil edir)
tapıntıların müqayisə və ümumiləşdirilməsi müəllifin müəyyən elmi nəticəyə
gəlməsinə, atropatenaşünaslıqda yeni söz deməsinə imkan vermişdir. Ərşə, Germi,
Muğan və başqa mahallarda son illərdə əldə edilmiş arxeoloji materialların
tədqiqata cəlb edilməsi müəllifin gəldiyi elmi nəticələrin sanbalını daha da
artırmışdır.
Əsərdə Atropatenanın sərhədləri, təbii-coğrafi şəraiti, dövlətin təşəkkülü,
ölkənin təsərrüfat həyatı, əhalinin məşğuliyyəti, şəhər həyatı, ticarət əlaqələri,
Roma işğalçılarına qarşı qəhrəmanlıq mübarizəsi, Zərdüştiliyin dövlətin həyatında
oynadığı rol, məzdəkilər hərəkatı və s. barədə ətraflı məlumat verilmişdir. Müəllif
ilk dəfə olaraq Atropatena hökmdarları sülaləsinin – Atropatilərin şəcərə cədvəlini
tərtib etmişdir. Bu tədqiqat əsəri müəllifin uzun və gərgin axtarışlarının
məhsuludur
Azərbaycanın Qedim Ve Ilk Orta Əsrlər Tarixi Iran Tarix Şünaslığında 3-7ci Əsrlər - Abdulla Fazili – Baki - 1984 - 191s | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 46.46 MB | فورمات : Pdf | گؤرونتولندی : 1157 | خطانی بیلدیرمک |