یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Baba Veziroğlu Sesli Şeirler Poeziya Turuz 2014

3604
0
2016/8/1
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Baba Veziroğlu Sesli Şeirler Poeziya Turuz 2014

 

Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü; respublika komsomolu mükafatı laureatı (1988); 1 avqust 2005-ci ildən Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi"[1].
Həyatı[redaktə | əsas redaktə]
Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971-1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979-1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989)[2]. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).

Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, №8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), "Yurd" jurnalının məsul katibi (1993-1994), "İstedad" jurnalının baş redaktorunun müavini (1994-?) işləmişdir.

Mindən artıq şeirinə mahnı bəstələnmişdir. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ. Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür (1983). Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. M. Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir (1985). Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş (1982), ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olmuşdur (1984). Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir (1984). "Humay" mükafatı laureatıdır (2000). Respublikanın əməkdar incəsənət xadimidir.

QAYNAQ

 

یازیچی لار:
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز