Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Cəlil Məmmədquluzadə Və Təbabet Adil Məmmədov
Cəlil Məmmədquluzadə Və Təbabet
Adil Məmmədov
Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) yaradıcılığı elə bir tükənməz xəzinədir ki, ordan hər hansı ixtisas sahibi, istənilən mövzu üçün, lazımi qədər material götürə bilər və bununla xəzinənin qiyməti zərrə qədər də azalmaz, əksinə daha da zəngin ləşər. Çünki, dəfinə ancaq istifadə edildikdə daxilində nələr olduğu aşkarlanır, dəyəri aydınlaşır.
Orta məktəbdən başlayaraq Mirzə Cəlil yaradıcılığı ilə nə qədər tanış olub, dönə-dönə təkrar etsək də həyat təcrübəsi toplayıb, müxtəlif cəmiyyətlərin qanunlarını, insanların həyat tərzi, mədəni, elmi, əxlaqi səviyyəsi haqqda məlumat topladıqca, yenidən onun əsərlərini vərəqləmək, daha çox bəhrələnmək istəyirsən. Və hər dəfə nə isə yeni bir çalar, təzə, müasir bir məna, mahiyyət aşkar edirsən. Belə ki, Novruzəli sadəlövhlüyü və sədaqətini, Mol1a Abbas fədailiyini, Kəblə Məmmədhüseyn əqlini, Məmmədhəsən əmi məsumluğunu, ceyx Nəsrullah fe'lini, ıskəndər dərrakə və fəlsəfəsini xatırlayanda Mirze Cəlil dühasına heyran qalmamaq, dünyaya, xalqa, millətə, kəndə belə bir vergi bəxş etdiyinə görə Ulu Yaradana şükürlər diləməmək mümkün deyiL. Belə bir böyük insanla həmyerlilikdən duyulan fəxarət hissi müqabilində, məhz bu Iəl-cəvahiratla dolu xəzinədən bəhrələndiklərinin, borc götürdüklərinin, heç olmazsa, cüzi bir hissəsinin əvəzini qaytarmaq arzusu doğur. Belə borclardan biri də uşaqlıq və gənclik illərində kandimizirı ən hörmətli adamı, ailəmizin həmişə arzulanan əziz qonaqlarından biri - Mirzə Cəlilin qızı Münəvvər xanım qarşısında olan borcdur. Onun xanım-xatın hərəkətləri, hərə ilə özünəməxsus səmimi rəftarı, el arasında qazandığı hörmətə görə qəlbimizdə yaranmış minnətdarlıq hissi; tələbəlik il1ərində getdikcə seyrəlmiş və nəhayət taleyin amansız hökmü ilə tam qırılmış əlaqələrin boşluğundan yaranan təəssüf hissi bu arzunu daha da tez gerçək.ləşdirməyə sövq edir.
Cəlil Məmmədquluzadə Və Təbabet Adil Məmmədov | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 16.49 MB | فورمات : Pdf | گؤرونتولندی : 703 | خطانی بیلدیرمک |