Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Erkin Vahdovun Kelime Dünyasina Bir Bakış-Veli Sava Yelok
Erkin Vahdovun Kelime Dünyasina Bir Bakış-Veli Sava Yelok
Erkin Vahidov(özb. Erkin Vohidov, Эркин Воҳидов; 28 dekabr, 1936 - 30 may, 2016) — Özbək şairi, tərcüməçisi.[1]
Həyatı[redaktə | əsas redaktə]
Erkin Vahidov 1936-cı ildə Fərqanə vilayətinin Altıarıq nahiyəsində anadan olmuşdur. Sonralar ailələri Daşkəndə köçdüyündən taleyi bu şəhərlə bağlanmışdır. Orta təhsilini başa vurduqdan sonra Daşkənd Pedaqoji institutuna daxil olmuşdur. E.Vahidov 1960-cı ildə institutun filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirərək o, Q. Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında məsul vəzifələrdə çalışmışdır. Sonra “Gənclik” Jurnalının baş redaktoru olmuşdur.
1983-cü ildə “Şərq üfüqləri” toplusuna görə Özbəkistan Dövlət mükafatına layiq gö rülmüşdür. E.Vahidov ədəbiyyata 60-cı illərin başlanğıcında gəlmişdir. Özbəkistanın xalq şairi və xalq deputatıdır.[2]
E.Vahidov tərcüməçilik fəaliyyətində də seçilən sənətkardır. O, İbn Sinadan, Hafizdən, Şillerdən, Getedən, Puşkindən, Yesenindən, Blokdan, R.Həmzətovdan bir çox tərcümələr etmişdir. Xüsusilə Getenin “Faust” və Yeseninin “İran nəğmələri” əsərlərinin mahiranə tərcüməsi E.Vahidova böyük şöhrət gətirmişdir.[3]
Erkin Vahidov hazırda Özbəkistanın ədəbi və ictimai həyatında fəaliyyətinə görə seçilən və tanınan simalardandır. Onun əsərlərindən ibarət 2 cildliyi 1986-cı ildə Daşkənd şəhərində çapdan çıxmışdır.[4]
Erkin Vahidov 30 may 2016-cı ildə vəfat edib.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Erkin Vahidovun ədəbiyyata gəlişi XX əsrin 60-cı illərinə təsadüf edir. Artıq bu illərdən başlayaraq müasir özbək poeziyasında özünü göstərən vətənpərvərlik motivi bir çox şairlər kimi E.Vahidovun da yaradıcılığında möhkəmlənməyə başlandı. “Gözəllik”, “Gənclik divanı”, “Şirin”, “Gəncliyim, gəl” və digər şeirləri yeni mövzu və ideya sahəsində şairin uğurlu axtarışlarının məhsuluna çevrilmişdir.
Erkin Vahidov klassik ədəbiyyata yaxşı bələd olduğu üçün yaradıcılığında həmin ədəbiyyatın təsiri yüksək planda hiss olunur. O, daha çox Nəvai və Füzuli poeziyasından bəhrələnmiş və onların sənətində olduğu kimi, sözün ifadə və işlənmə imkanlarının müxtəlifliyini yaradıcılıüında təmin edə bilmişdir. Bu səbəbdəndir ki, E.Vahidov poeziyasında fəlsəfilik, sadəlik və musiqilik nəzərə çarpan cəhətlərdən biridir.
XX əsrin 70-80-cı illərində Erkin Vahidovun yaradıcılıüının ictimai mahiyyəti güclənməyə başlamışdır. Şairin “Nida” (1965), “Indiki gənclər” (1974), “Məhəbbətnamə” (1986), “Sədaqətnamə” (1986) kimi kitablarında toplanan bir çox şeirlərində özbək xalqının əsasən zəhmətsevərliyi, insanpərvərliyi və s. təsvir olunmuşdur. Onun “Qətrələr”, “Ürək və ağıl”, “Şahmat və şeir” adlı parçaları, “Nida” poeması özbək gəncliyinin çaüdaş düşüncə tərzini əks etdirir” (X.R.Ulutürk). Demək olar ki, Vahidovun şeirlərində xalq arzularının tərənnümü ön plana keçir. Məs., “Indiki gənclər” şeirində müdrik bir qocanın keçdiyi ömür yoluna baxış fonunda bu günkü həyatın reallıqlarına münasibət əks etdirilir. Bu baxışda arxayınçılıq və qürur duyulmaqla yanaşı, həm də bir narahatçılıq özünü göstərir.
Şeirdə şairi ölkənin, xalqın şərəfli gələcəyi düşündürür. Ona görə də müəllif müdrik, dünyagörmüş qocanın fikirlərində indiki gəncliyi gələcək tarixin qoruyucuları və layiqli övladları şəklində təqdim edir. Lakin qoca narahatdır ki, indiki gənclik belə tarixi missiyanın həyata keçirilməsinə hazır deyildir:
Cavanlar gözümə dəyir bir təhər.
Biz də gənc olmuşuq,
Bilmirəm nədən
Axı belə oldu indiki gənclik.
Şeir bu günkü gənclərə öyüd-nəsihət vermək baxımından olduqca qiymətlidir. Əsərdə gənclərə vətəni sevmək, elm, mərifət öyrənmək, xalqa bağlı olmaq və s. cəhətlər aşılanır. Asan yolla elm, mənsəb və vəzifə qazanmaq istəyənlərə tənqidi münasibət bildirilir:
Ancaq narazıdır o, nəvəsindən,
Qocanın könlünü dərd-qəm alıbdır:
“Uşaq imtahandan kəsilib nədən?
Niyə yaxşı-yaxşı hazırlaşmır o?
Belə imkan yoxdu biz oxuyanda.
Niyə çətinliyə heç qatlaşmır o?
Görən, qeyrət hissi yoxdumu onda?”
Müdrik qoca mənsub olduğu nəslin uşaqlıq, gənclik, kamillik dövrünün zəhmətə və xalqa bağlılığını indiki gənclərə örnək kimi nümunə gətirir. Lakin əsərdə müasir gəncliyin həyat baxışları və əməlləri tənqid olunsa da, burada düzgün yola, əməyə bağlılığa, gələcəyə layiqli övlad olmağa çağırış olduqca güclüdür. Ona görə də “Özbəyim” şerində zəhmətkeş xalqın obrazını yaratmaqla şair həyatın daha lazımlı örnək ola biləcək xüsusiyyətlərindən danışmışdır. Bir sənətkar kimi Erkin Vahidovun poeziyasında səmimi hiss və duyğuların yüksələn xətt boyu inkişafı müşahidə olunur. Belə halda mənəviyyat məsələləri, fəlsəfilik sadə poetik tərz deyimindədir. “İş gürürük biz” şerində şair zəhmətin, əməyin istər cəmiyyətdə, istərsə də insan həyatında oynadığı rolun əhəmiyyətindən sühbət azır. Şerdə obyektivlik, hər şeyin düzgün, yerli-yerində dərk və qiymətləndirilməsi ən vacib tələb kimi ortaya atılır. Ona gürə də zəhmət adamının əməyini qiymətləndirərkən müxbirin mü sahibəsində işlənən bəlağətli ifadələr zəhmətkeş kəndlinin əməyinin həyati yox, nəzəri aspektdən təhlili kimi səciyyələndirilərək tənqid olunur:
Bizi vəsf edirsən: “Köhlən çaparlar!”
“Zəfər mərəsinə gedib çatanlar!”
Vallah, bu mədhiyyən yaraşmır bizə,
Bizim cadar-cadar əllərimizə.
Şeirdə ağır iş şəraitindən, çətin əməklərindən həm zövq alan, həm də inciyən sadə özbək xalqının arzu və istəyi də məcburiyyət şəklində süni deyilmişlərin poetik ifadəsi deyil, ümrünü torpağa bağlamış insanların, çox işləyib az qazanan adamların mənən zənginliklərinin və yüksək təmənnada olmamalarının əksidir.
Qonaq-qara gülsə gülər üzümüz,
Bir toğlu kəsməyə zatar gücümüz,
Bircə əhdimiz var: dava olmasın,
Azad nəfəs alsın bu tarla, bu düz.
“Bir damcı göy yaşı” şeiri isə sırf səmimi duyğuların, insani hisslərin yüksək fəlsəfi tərzdə ifadəsini əks etdirir. Həyatda insanın yerini, müvqeyini, adamların bir-birinə münasibətlərini müəyyənləşdirir:
Qayadan bir kiçik daş yumalansa,
Dağlara iz salar - demə neyləyər.
Güzündən bir damcı yaş yumalansa,
Künlünü dağlayar, viran eyləyər.
Küksümə düşərsə, inanın ki, mən
Qadirəm qaldıram dağlar daşını.
Qaldıra bilmərəm kirpiklərimdən
Üzülən bir damcı qayğı yaşını.
“Şeir və şahmat” və “Alimlər - şairlər” şeirləri Erkin Vahidovun bilavasitə elm-sənət görüşlərinin tərənnümünə daha zox yaxınlaşır. Bu vəziyyətdə şair həm də şeirin məqsəd və vəzifələri, həyat problemləri barədə təsirli fikirlərini oxucu ilə bülüşmək imkanı əldə edir:
Sənət, mübarizə, güzəllik, cürət,
Şeirdə, şahmatda daim yanaşı.
Min ildən bəridir: küksündə qüdrət
Onlar zarpışırlar şahlara qarşı.
Süzün meydanında süz gərək olsun,
Şahmat taxtasında zəka şüləsi.
Burda sərrast gərək, düz gərək olsun,
Hər fiqur addımı hər süz zərbəsi.
“Şeir və şahmat” şeirində irəli atılan ideyalardan biri də budur ki, əsərlərinin gələcəkdə yaşamaq ehtimalı zox olan sənətkarlar xoşbəxtdirlər:
Bircə əsərimi, bircə şeirimi
Sabaha üzüağ zıxara bilsəm.
Şahmatı yaratmış o hindli kimi,
Mən xoşbəxt sayardım üzümü əslən.
Erkin Vahidov bir zox poemalar müəllifidir. Onun “Arzu zeşməsi”, “Nida”, “Palatkada yazılan dastan”, “Nəğmə diyarı”, “Zıraqban”, “Ruhlar üsyanı” və s. kimi zoxsaylı poemaları istər müvzu, istərsə də ideya baxımından diqqətəlayiqdir.
“Nida” poeması Büyük Vətən müharibəsində həlak olan adamların qəhrəmanlıqlarından, vətənsevərliklərindən bəhs azır. Onların yollarının övladları tərəfindən davamı büyük fərəh və ümid hissi ilə qeyd olunur.
“Ruhlar üsyanı” poemasının müvzusunu Hindistanın inqilabzı şairi Narzul İslamın həyat və fədakarlığının tərənnümü təşkil edir. Əsərin ideyası isə azadlıq, ədalət və həqiqət prinsiplərinə əsaslanır.
Erkin Vahidovun dramaturji fəaliyyəti də təqdirəlayiqdir. Onun “Qızıl divar” (1970) komediyası və “İstanbul faciəsi” (1985) mənzum dram yaradıcılığında ən uğur qazanmış əsərlərindəndir.
QAYNAQ
Erkin Vahdovun Kelime Dünyasina Bir Bakış-Veli Sava Yelok | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 275.55 KB | فورمات : Pdf | گؤرونتولندی : 373 | خطانی بیلدیرمک |