یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ermenistanda Türk menşeli Yer Adları - Sitare Mirmahmudova

6385
0
2017/1/24
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 6

V əsrdə yaşamış erməni tarixçisi Moisey Xorenski hələ eramızdan əvvəl II əsrdə bu torpaqda türkdilli bolqarların olması haqqında məlumat verərək qeyd

edir ki onların başçısının adı ilə Vənənd toponimi yaranmışdır1. O, fikrini bir qədər genişləndirərək bu torpaqlarda yaşayan Kəngər tayfası haqqında da danışır. Digər erməni tarixçisi Ermənistan və Albaniya sərhədində Kəngər dağlarının olduğunu qeyd edir2. «Erməni coğrafiyası»nda da Kəngər yer adından bəhs edilir3. (Ermənistanın Qukasyan rayonunda yerləşən bir dağ indi də Kəngər dağı adlanır). Qədim erməni mənbələrində xatırladılan Pazkank, Tarnovan, Karatunk, Vaykunk kimi yer adları, tədqiqatçılara görə, türk mənşəli Peçeneq, Tarna və Karadon etnonimlərindən yaranmışdır.

Ermənistanın müasir toponimiyasında Əfşar, Bayandur, Yivə, Xələs, Qarxun, Çəpni kimi yer adlarının mövcud olması səlcuq oğuzlarının hələ qədim zamanlardan bu torpaqların sakini olduğunu sübut edir.

A. D. Papazyan göstərir ki, XIV əsrin axırlarında Ararat əyaləti türk tayfalarının əlində idi4. Bu tayfanın başçısı Əmir Saad idi. XV əsrdə orada yaşayan tayfalar Əmir Saadın adı ilə saatlı adlanırdı. Azərbaycan respublikasındakı Saatlı rayonu da, görünür, eyni mənşəyə malikdir.

Erməni mənbələri türk mənşəli toponimlər barədə çox xəsisliklə söhbət açırlar. Yalnız Ermənistan Rusiyaya birləşdirildikdən sonra bir sıra əsərlərdə Ermənistandakı kəndlərin siyahısı, orada yaşayan tayfalar haqqında məlumat verilir. Bu əsərlər içində xüsusilə İ. Şopenin və başqalarının əsərləri diqqəti cəlb

edir5. Həmin əsərlərdə indiki Ermənistan ərazisindəki türkdilli qayfalar haqqında əsaslı məlumat verilir.

XIX əsrdə İrəvan quberniyasındakı türk mənşəli yer adlarını öyrənmək üçün əsas mənbə həmin əsrin ortalarında yazılmış rusdilli ədəbiyyatdır. Çünki əsasən indiki Ermənistan respublikası və Naxçıvan ərazisini əhatə edən İrəvan quberniyasının əhalisi, təsərrüfat həyatı, iqtisadi şəraiti barədə tədqiqat aparmış rus məmurları, istər-istəməz oradakı yer adlarından da bəhs etmişlər.

XIX əsrin ikinci yarısında İrəvan quberniyası İrəvan, Eçmiədzin, Aleksandropol, Şərur-Dərələyəz, Sürməli, Naxçıvan və Novobayazid qəzalarından ibarət idi6. Həmin qəzalardan bəhs edən tədqiqatçılar XIX əsrdə indiki Ermənistan ərazisindəki kəndlərin adları, həmin kəndlərdə yaşayan əhalinin milli tərkibi

haqqında da məlumat vermişlər…

یازیچی لار:
یایین لایان:
Yaıçı
یایین ایلی:
1995 (میلادی)
صحیفه لر:
58
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز