Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Habil Əliyev Gülmeceleri - Vaqif Behmenli - Baki- kiril - 1998 - 26s
HABIL ELIYEVIN GÜLMECELERI
Vaqif Bəhmənli
Bakı-1998
Kirilil
Habil Əliyev böyük kamança ustası, alçaq könüllü, güləriçli, açıqüzlü olduğu tanışlarına bəllidir
Onun yaşamı barmaqla ötmüşdür, beləki qulağ burmaq (kamança aşıqların), kaman tellərin qıcıqlamaqla keçmiş. Belə elsvər uzmanlara, usdalara uzun yaşam diləriz.
--------------------
DADLI Habil Əliyev
LƏTIFƏLƏR
Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:
— Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:
— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!
Sovet dönəmləriydi. Yayın cırhacırında Bakıdan Qubadlının kəndlərindən birinə kolxozçular üçün konsert veməyə getmişdik. Klubda adamlar ət-ətə durmuşdular, içəri boğanaq idi. İlk çıxışı mənə verdilər. Elə kamançanı təzəcə çalmağa başlamışdım, gördüm nəfəs ala bilmirəm. Bir az da tox olduğumdan ürəyim ağzıma gəlirdi. Bu, azmış kimi birdən içərini üfunət iyi bürüdü. Hava lap dözülməz oldu.
Qabaq cərgədə oturmuş kolxoz sədri mənim bərk narahat olduğumu görüb ayağa durdu və geri dönüb ucadan qışqırdı:
— Əəə, Surxay, dur rədd ol bayıra!
Biz Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda tələbə yoldaşım, istedadlı müğənni Qulu Əsgərov dirijorluqdan dərs deyən İsrafilzadənin dərsinə girməzdi.Bir dəfə İsrafilzadə dəhlizdə onu yaxalayıb deyir:- Qulu, sən mənim dərsimə bir dəfə də girməmisən, imtahanda sənə qiymət yazmayacağam.Qulu Əsgərov onunla razılaşır:
— Haqlısınız müəllim, gərək bir dəfə sizin dərsə girəm.
60-cı illər idi. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov İrandan gəlmiş hökumət nümayəndələrinə “İnturist”də qonaqlıq verirdi. Əbülfət Əliyev, mən, bir də tarzən Məmmədağa Muradov çalıb-oxuyurduq, rəqqasə Roza Cəlilova da rəqs edirdi.
Çıxışlarımız iranlı qonaqların çox xoşuna gəldi, yaxşıca əl çaldılar, bizi geninə-boluna təriflədilər.
Qonaqlıqdan sonra orda olan Filarmoniyanın direktoru, bəstəkar Tofiq Quliyev də razılıqla bizə yaxınlaşıb dedi:
— Çox sağ olun uşaqlar, başımızı uca etdiniz! Sabah əvəzini çıxacam. Siz ki bu qədər yaxşı çalıb-oxuyursunuz, niyə solist kimi ilişib qalmısınız Filarmoniyada. Sabah əmr verib hamınızı işdən çıxardacağam. Gedin “Azkonsert”də çıxış edin, özünüzə yaxşı pul qazanın! Nə qədər ştatda qalıb dövlətin qəpik-quruşuna göz dikəcəksiniz!
Elə bildik Tofiq müəllim zarafat edir.
Ertəsi gün hamımız Filarmoniyadan işdən azad olunduq.
Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm”.
O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:
— Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?
O, dedi:
— Hə, hə Habil müəllim, həkiməm, mal həkimi.
Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kənində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.
Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə həmin anda arxadan da başqa qatar yaxınlaşırmış. Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.
Habil Əliyev və qardaşı yas mərasiminən geriyə — Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə pambıqlığa buraxılan su yola axıbmış…
Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:
— Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də..!
Habil Əliyev Gülmeceleri - Vaqif Behmenli - Baki- kiril - 1998 - 26s | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 7.04 MB | فورمات : Pdf | گؤرونتولندی : 1405 | خطانی بیلدیرمک |