Musiqişünas Ramiz Zöhrabov -Fettah Xaliqzade - Baki-1999 Kiril 57s

6327
0
2016/4/12
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Musiqişünas Ramiz Zöhrabov رامیز زهراب اُف

Fettah Xaliqzade

Baki-1999

Kiril

57s

--------

 

Ramiz Zöhrabov – 70

   Muğamşünaslığın üfüqləri

Azərbaycan musiqi elmində özünəməxsus yeri olan öncül alimlərimizdən biri, Azərbaycanın xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun 70 yaşı tamam olur. Ramiz müəllimin hər bir musiqişünas üçün masaüstü kitaba çevrilmiş elmi əsərləri, onun musiqi mədəniyyətimiz və muğam sənətimiz haqqında dolğun və maraqlı mühazirələri, onun bir pedaqoq, musiqi xadimi kimi fəaliyyəti daim diqqət mərkəzində olsa da, yubiley günlərində bu haqda xüsusi danışmağa dəyər.

 

İlk öncə qeyd etmək lazımdır ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş 20 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun elmi tədqiqatlarının başlıca obyekti muğamdır. O, Azərbaycan musiqi elmində görkəmli muğamşünas - alim kimi tanınmışdır və onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın inkişafında mühüm xidmətləri vardır.

Onun elmi əsərlərinin siyahısına nəzər salsaq görərik ki, elə çap olunmuş iyirmi monoqrafiyadan on ikisi muğam sənətinin, muğam janrlarının öyrənilməsinə həsr olunmuşdur.

Etiraf etməliyik ki, muğam ifaçılığı və tədrisi şifahi əsaslara söykənsə də, muğam janrlarının elmi-nəzəri tədqiqi not yazısı olmadan mümkün deyil.

Bu baxımdan, R.Zöhrabovun ilk dəfə olaraq, görkəmli xanəndələrin ifasından 100 təsnifin nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və musiqi dilinin təhlilini aparması, o cümlədən, 9 zərbi-muğamı xanəndə və sazəndə ansamblının ifasından partitura şəklində nota yazaraq, onların nəzəri əsaslarını öyrənməsi diqqətəlayiqdir.

Musiqi sənətimizin kamil nümunələri olan Azərbaycan muğamlarının nəzəri cəhətdən öyrənilməsi daim diqqət tələb edən bir problemdir. R.Zöhrabovun “Azərbaycan muğamının nəzəri problemləri” kitabı bu yöndə atılan mühüm addımdır.

R.Zöhrabovun “Muğam” əsərini isə, sözün əsl mənasında, ensiklopedik nəşr adlandırmaq olar. Bu kitabın hər səhifəsi, hər bir sətri böyük bir muğam dünyasını gözümüz qarşısında canlandırır, muğam aləminin qapılarını üzümüzə açır.

R.Zöhrabovun elmi əsərlərini fərqləndirən iki səciyyəvi cəhəti qeyd etmək istərdim: bunlardan birincisi, onların əhatəliliyi, informasiya tutumu, ikincisi isə oxunaqlı dildə yazılmasıdır.

Hər bir yeni tədqiqatı ilə R.Zöhrabov muğam sənətinin problemlərini daha geniş dairədə əhatə etməyə çalışır. Muğam-dəstgah, zərbi-muğam və təsniflərdən sonra onun “Azərbaycan rəngləri” tədqiqatı ilə muğamın bütün janrlarının nəzəri əsaslarının tam mənzərəsi üzə çıxmışdır.

R.Zöhrabovun tədqiqat əsərləri digər ölkələrdə, Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən, İranın elmi mühitində maraqla qarşılanmışdır. Belə ki, onun muğamın nəzəri əsasları ilə bağlı tədqiqatı xüsusi olaraq fars dilinə tərcümə olunub, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə kitab halında “Azərbaycan modal musiqisi” (Tehran, 1999) adı ilə nəşr olunmuşdur. R.Zöhrabovun kitabları haqqında respublikamızın və xarici ölkələrin alimləri yüksək fikirlər söyləmiş, bu əsərlər musiqişünaslığımızın yüksək nailiyyəti kimi qiymətləndirilmişdir.

Ramiz Zöhrabovu alim kimi səciyyələndirən önəmli cəhətlərdən biri də onun, necə deyərlər, “kabinetdə oturub tədqiqat aparan alimlərdən” olmamasıdır. Əksinə, muğamşünas-alimin hər zaman televiziya ekranlarında, konsert səhnələrində maraqlı çıxışlarını, mühazirələrini, verilişlərini izləyirik.

Bu baxımdan son bir neçə il xüsusilə məhsuldar olmuşdur. Mən 2005 və 2007-ci illərdə Heydər Əliyev Fondu tərəfindən keçirilən televiziya muğam müsabiqələrini nəzərdə tuturam. Yeri gəlmişkən qeyd edim ki, bütün dünya üzrə geniş tamaşaçı kütləsinin diqqətini özünə cəlb edən bu müsabiqələrin muğam sənətinin inkişafında, təbliğində, gənc ifaçılar nəslinin yetişdirilməsində mühüm rolu oldu. Xüsusilə də bir neçə ay ərzində davam edən müsabiqələrin televiziya ekranlarından canlı yayımı zamanı biz nə qədər gözəl ifalar eşitdik, ustad sözü dinlədik.

Bu il, 2009-cu ilin mart ayında yaşadığımız muğam bayramı isə beynəlxalq miqyasda Azərbaycan muğamının, Azərbaycan muğamşünaslığının təntənəsi idi. Onu da deyək ki, respublikanın musiqi həyatında möhtəşəm bir hadisə kimi tarixə düşən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsinin zəmini bir neçə il boyunca hazırlanmışdır.

Azərbaycan dövlətinin muğam sənətinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Muğam İrs”, “Muğam-Dəstgah”, “Muğam-İnternet”, “Muğam Mərkəzi”, “Muğam dünyası”, “Muğam-Antologiya”, “Muğam ensiklopediyası” kimi irihəcmli layihələr sayəsində XXI əsrin əvvəllərində Azərbaycan muğamı öz intibah dövrünü, dirçəliş dövrünü yaşamağa başladı. Bu layihələrin həyata keçirilməsinə görkəmli sənətkarların, yüksək səviyyəli mütəxəssislərin cəlb olunması da onların uğurunun rəhni oldu.

Təsadüfi deyildi ki, həmin günlərdə də biz Ramiz Zöhrabovu, necə deyərlər, daim hadisələrin mərkəzində - Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən elmi simpoziumda, muğam müsabiqəsində və digər tədbirlərdə gördük və eşitdik. R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil və maarifçiliklə bağlıdır. Vaxtilə onun Teleradio Verilişləri Şirkətində müəllifi və aparıcısı olduğu “Bəstəkarlarımızın portreti”, “Sənətə həsr olunmuş ömür”, “Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə “Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti haqqında”, muğam dəstgahlarına həsr edilmiş verilişlər tamaşaçı yaddaşına həkk olunmuşdur. Bu verilişlərdə R.Zöhrabov musiqinin rəngarəng sahələrinə dair dəqiq məlumatları, sənət aləminin sirlərini sadə və anlaşıqlı tərzdə tamaşaçıya çatdırır ki, bu da təbii olaraq, xalqın estetik zövqünün və bədii dünyagörüşünün inkişafına xidmət edir.

R.Zöhrabov eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji işlə məşğul olur. İndiki musiqişünaslar nəslinin əksəriyyəti Ramiz müəllimin tələbəsi olmuşlar. R.Zöhrabov, həmçinin bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq, öz tədqiqat metodikasını onlara aşılayır və öz ardıcıllarını yetişdirir.

Ramiz müəllimin pedaqoji əməyinin bir bəhrəsi də istedadlı musiqişünas, musiqi elmində ilk addımlarını atan öz qızı Leyla Zöhrabovadır və inanırıq ki, Leyla onun elmi-tədqiqatçılıq yolunun layiqli davamçısı olacaq.

R.Zöhrabov uzun illərdir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasına rəhbərlik edir. O, kafedranın həm yaşlı, həm orta nəslə mənsub, həm də gənc üzvləri ilə çiyin-çiyinə çalışır, professor-müəllim heyəti daim onun diqqət və köməyini hiss edirlər.

R.Zöhrabov pedaqoji fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu cəhətdən onun tərtib etdiyi tədris proqramları, yazdığı dərs vəsaitləri və dərsliklər çox qiymətlidir. Təsadüfi deyil ki, ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “İncəsənət” bölməsinin sədrliyi həvalə edilmişdir. Hal-hazırda isə R.Zöhrabov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Komissiyasının sədri kimi də uğurla fəaliyyət göstərir.

Bir yaradıcı şəxsiyyət kimi R.Zöhrabov bəstəkar kimi də qələmini sınamışdır. Onun xalq çalğı alətləri orkestri üçün süitaları, müxtəlif məzmunlu mahnıları məşhur müğənnilər, uşaq xoru və solistlər tərəfindən ifa olunmuşdur. Bəstəkarlığa olan meyli R.Zöhrabovun musiqişünaslıq fəaliyyətində də hiss olunur. Belə ki, onun Azərbaycan bəstəkarlarının yaradıcılığına daim diqqət yetirməsi elmi yaradıcılığının mühüm yönünə çevrilmişdir. Onun bu qəbildən olan “Bəstəkarlarımız haqqında söz”, “Bəstəkarlarımızın portreti” kitablarında Azərbaycan bəstəkarlarının dəqiq, incə ştrixlərlə yaradılmış portretləri geniş oxucu kütləsinə ünvanlanmışdır.

Ramiz Zöhrabov 20 ilə yaxındır ki, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi vəzifəsində çalışır və ittifaqın plenumlarının, festivalların, yubiley gecələrinin, müəllif konsertlərinin, elmi konfransların keçirilməsində və bu tədbirlərin dövri mətbuat səhifələrində işıqlandırılmasında onun əməyi və təşkilatçılıq bacarığı xüsusi qeyd olunmalıdır.

Elmi yaradıcılığı ilə Azərbaycan muğamşünaslığının üfüqlərini genişləndirmiş alim, muğam sənətinin təbliğatçısı, maarifpərvər ziyalı, pedaqoq, musiqi xadimi Ramiz müəllimə böyük yaradıcılıq nailiyyətləri, elmin daha yüksək zirvələrini fəth etməyi arzulayırıq.

یایین ایلی:
1999 (میلادی)
صحیفه لر:
57
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi - cyrillic

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز