Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Nənəmdən Nəvəmə - Çimnaz Ezizqızı
Mənim anam Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda dil-ədəbiyyat müəllimi işləyirdi. Şəfiqə müəllimi hamı xeyirxah, namuslu bir qadın, fədakar bir ana kimi tanıyırdı. Mən, 1949-cu il sentyabrın 1-də dünyaya gəlmişəm və ailənin dördüncü övladı olmuşam. Biz ailədə beş uşaq idik. Atam – Abbasov Əziz Cavad oğlu 1942-ci ildə müharibəyə səfərbərliyə çağırılanda Bakı Tibb texnikmunda oxuyurmuş. Onları hərbi hissə ilə birlikdə Naxçıvana gətirirlər. Atamın – qohum qəbiləsi onu hökmən evləndirmək istəyir. Düşünürlər ki, müharibə cavana-qocaya baxmır. Əgər müharibədə başına bir iş gəlsə, nakam getməsin. Heç olmasa, bir nişanəsi qalsın. Böyük qardaşım Azər 1943-cü ildə anadan olur. Və həmin gün atamı Hərbi Hissə ilə Mazdok döyüşlərinə aparırılar. Onsuz da çətin maddi durumu ağır olan ailənin vəziyyəti daha da pisləşir. Anam atasını çox erkən itirib, kasıbçılığın çox gözəl başa düşürdü. Anam danışardı ki, 2-ci və ya 3-cü sinifdə oxuyurdum. Novruz bayramı idi. İmkanlı ailələrin təzə paltar geyinib, ciblərinə mövüz (kişmişin bir növü) doldurub yeyirdilər. Qonşu həyətlərdən cürbəcür yemək qoxusu gəlirdi. Ancaq anamın bişirməyə heç nəyi yox idi. Mən bu yoxluğu anlamadığımdan ağlayaraq “sən də pilov bişir” deyə tutdurmuşdum. Çarəsiz qadın ədəb-ərkanla həyətdə ocaq qaladı. İri mis qazana su töküb ocağın üstünə qoydu. Su qaynayanda anam guya aş süzərcəsinə suyu aşsüzənə tökdü və qazanı yenidən ocağın üstünə guya “dəmə” qoydu. Ocaqdan soğan yanığı qoxusu gəlirdi. Axşam düşəndə məni evə çağırdı, bir tikə soğan çörəyi qarşıma qoydu, qapını bağlayıb dedi ki, səsivi çıxarma! Qonum-qonşu sənin...
Nenemden Neveme Çimnaz Ezizqızı Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 895.5 KB | فورمات : Doc | گؤرونتولندی : 724 | خطانی بیلدیرمک |