Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Niyazi Kataloqu-Partitur Elyazıları-Belgeler-Niyazinin Arşiv Matiryalları-Azerbaycan Musiqi Medeniyeti Devlet Müzeyinde-Baki-2013-84s
Niyazi Kataloqu-Partitur Elyazıları-Belgeler-Niyazinin Arşiv Matiryalları-Azerbaycan Musiqi Medeniyeti Devlet Müzeyinde-Baki-2013-84s
Niyazi Tağızadə – Hacıbəyov (d.1912-ci ildə avqustun 20-də Tbilisi. ö.1984-cü ildə avqustun 2-də Bakı) – məşhur azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı (1982).
Gənclik illəri: ağır atletika və hərbçilik[redaktə | əsas redaktə]
Niyazi Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.
Tağızadə soyadı onun anasının soyadıdır. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.
Uşaq ikən hərbçi olmağa hazırlaşırdı, kadet məktəbində dərs alırdı. Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı vardı. Niyazi “Dinamo” cəmiyyətinin ağır atletika üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordçunu vurmuşdu. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro, buna baxmayaraq idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra - 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu qurum başqa cür adlanırdı – Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək etmişdir. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır:
“O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika il məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”. [1]
Musiqi yaradıcılığı[redaktə | əsas redaktə]
Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-26-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929-30-cu illərdə isə illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.
Niyazi
Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. [2]
Mükafatları[redaktə | əsas redaktə]
Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb. 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olmuşdur. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.
1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.[3]
Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tiflisin fəxri vətəndaşı seçilmişdir.
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.12.1972[4]
Dirijorluq[redaktə | əsas redaktə]
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.[5] Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini - "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. [6]
Maestronun ailə həyatı[redaktə | əsas redaktə]
Maestro Niyazi ömür gün yoldaşı Həcər xanım ilə
Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olmuşdur. Onların tanışlığının maraqlı tarixçəsi vardır:
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.
Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.
Maestronun ev muzeyi[redaktə | əsas redaktə]
Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb.[7] Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.
Muzeyin açılışında Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü olmuşdur. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlamışdır. Niyazinin musiqi festivallarında çıxışları, musiqi məktəblərində, hərbçilərlə və s. görüşləri fotoşəkillərdə əks olunubdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı tərəfindən muzeyə daxil olan “Xosrov və Şirin” operasının partiturası da muzey materiallarına daxildir. 5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin “Dənizdə səhər” və naməlum rəssamın ”Güllər” əsəri bəzəyir. Kitab şkafında maestronun nadir kitabları qorunur.
Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.[8].
Niyazi Kataloqu-Partitur Elyazıları-Belgeler-Niyazinin Arşiv Matiryalları-Azerbaycan Musiqi Medeniyeti Devlet Müzeyinde-Baki-2013-84s | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 9.2 MB | فورمات : Pdf | گؤرونتولندی : 464 | خطانی بیلدیرمک |