Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Not-Şahnaz-Simfonik Muqamı-Partitur-Tofiq Bakıxanov-2009-93
Not-Şahnaz-Simfonik Muqamı-Partitur-Tofiq Bakıxanov-2009-93
Tofiq Bakıxanov – Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1991), professor (1983).
Həyatı[redaktə | əsas redaktə]
1930-cu ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə «Şöhrət ordeni» ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. [1] [2] [3]
Tarixçi Abbasqulu ağa Bakıxanovun nəticəsidir.
Tarzən Əhməd Bakıxanovun oğludur.
Kamançaçı Tələt Bakıxanovun əmisi oğludur.
Əsərləri[redaktə | əsas redaktə]
Musiqili komediyalar
"Altılardan biri"
"Məmmədəli kurorta gedir" - həmmüəllif N. Məmmədov
"Qız görüşə tələsir" - həmmüəllif N. Məmmədov
Baletlər
"Xəzər balladası" (1969) [4]
"Şərq poeması" (1976)
"Xeyir və Şər" (1990)
Simfonik əsərlər
BSO üçün 5 simfoniya
Türk simfoniyası (6cı simfoniya)
Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası [5]
Skripka və fortepiano üçün 5 konsert
Tar və simfonik orkestr üçün 4 konsert
Violonçel və simfonik orkestr üçün 2 konsert
Klarnet və simfonik orkestr üçün konsert
BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları
çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.
Filmoqrafiya
Aşıq Veysəl (film, 2001)
İşgüzar səfər (film, 1982)
Tofiq Bakıxanov (film, 2000)
Əhməd Bakıxanov (film, 2003)
Ədəbiyyat[redaktə | əsas redaktə]
Abdullayeva, S. Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib: [Bəstəkarlar İttifaqında] //525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7.
Bakı Xoreoqrafiya Akademiyası tələbələrindən bəstəkarın yubileyinə töhfə: [Akademik Opera və Balet Teatrında qala-balet gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.3.
Fərəcov, S. Musiqi festivalı çərçivəsində elmi konfrans: [Bəstəkarlar İttifaqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
Hüseynov, F. Tofiq Bakıxanovun 85 illik yubileyi qeyd olundu: [Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6.
Təhmirazqızı, S. Böyük nəslin laiqli davamçısı: Tofiq Bakıxanov //Respublika.- 2015.- 15 dekabr.- S.6.
Not-Şahnaz-Simfonik Muqamı-Partitur-Tofiq Bakıxanov-2009-93 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 5.81 MB | فورمات : Pdf | گؤرونتولندی : 597 | خطانی بیلدیرمک |