Qədim Türklər Və Passionarlıq Nəzəriyyəsi L.N Qumilyovun Tədqiqatlarında - Yunus Oğuz

5397
0
2014/12/12
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 6

ÖNSÖZ Yunus Oğuzun oxuculara təqdim olunan yeni tədqiqatı passionarlıq nəzəriyyəsi və qədim türklərin tarixinin öyrənilməsində bu nəzəriyyənin rolu məsələlərinə həsr olunmuşdur. Bu nəzəriyyənin ən tanınmış nüma-yəndələrindən biri olan L.Qumilyovun tədqiqatlarının kitaba əsas olaraq götürülməsi də təsadüfi deyil: məlumdur ki, tarix elmində uzun müddət monosentrizm hökm sürmüş, müxtəlif sivilizasiyaların öyrənilməsi, xüsusilə onların mənşəyi məsələsi də bu düşüncənin təsiri altında araşdırılmışdır. Sovet tarixşünaslığı da elmə, əslində, kardinal bir dəyişiklik gətirməmiş, monosentrizm sovet tarixçilərinin də əsərlərinin başlıca xətti olmuşdur. Avropa qitəsi klassik inkişafyolu ilə gedən siv-ilizasiya sayılmış, Asiyanın nəhəng coğrafiyasında məskunlaşan xalqların, o cümlədən Türkün tarixi bir periferiya tarixi kimi qələmə verilmişdir. Amma Lev Nikolayeviç Qumilyov bütün bu ənənəvi düşüncələrdən fərqli olaraq, Avrasiyanın türklərlə məskunlaşmış böyük məkanını - farsların "Turan", çinlilərin "Bey-xu", yunanların "Skifiya" dedikləri "Böyük Çöl"ü periferiya deyil, sivilizasiyanın mərkəzi olaraq araşdırmışdır. Digər tərəfdən, L.N.Qumilyov öz tədqiqatlarında ənənəvi metodika-dan - mənbələrin təhlili üsulundan da bacardıqca yan qaçaraq, etnoloji metoda üstünlük vermişdir. Ümumiyyətlə, onun, demək olar ki, bütün araşdırmaları tarixi-coğrafi-etnoloji xarakterlidir. Alimin başlıca konsep-siyası - "passionarlıq" nəzəriyyəsi isə tarix, etnologiya, coğrafiya və biologiyanın sintezidir des-k, yanılmarıq. "Türklərin tarixinə yeni bir baxış", "Attila", "Türkün gizli tarixi" kimi əsərlərin müəllifi olan Yunus Oğuzun hazırkı əsərini də həm qədim Türk tarixinin, həm bu tarixin öyrənilməsində mühüm xidmətləri olan Lev Qumilyovun elmi irsinin araşdırılmasına qiymətli bir töhfə saymaq olar. L.N.Qumilyovun passionarlıq nəzəriyyəsinin qısa icmalını oxucuya çatdıran Yunus Oğuz türklərin tarixində passionarlığın qalxma və enmə (müəllifin dili ilə "yanma") fazalarını araşdırır, müxtəlif sivilizasiyaların nümunəsində "qırılma", "inersiya" və "obskurasiya" mərhələlərinin də olduğunu göstərir. L.N.Qumilyovun əsərlərində Uzaq Sibirin, Altayın və Xəzər höv-zəsindəki qədim türklərin tarixinin öyrənilməsi səviyyəsini təhlil edən

یازیچی لار:
یایین ایلی:
2011 (میلادی)
صحیفه لر:
193
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز