یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Qafqaz xalqlarının Milli Geyimləri - Emil Kərimov

5834
0
2014/12/23
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 7

Geniş oxucu kütləsinin nəzərinə çatdırılan bu kitab - ressam-litoqraf Karl Petroviç Beqqrovun Qafqaz xalqlarının milli geyimlərini əks etdirən rəsmlərdən ibarət albomu istedadlı tsdqiqatçı-etnoqraf Emil Kərimovun çoxillik gərgin əməyinin bəhrəsidir. Uzun illər ərzində bir sıra arxiv və kitabxanalarda çalışarkən onun aşkar etdiyi, sistemloşdirdiyi və elmi baxımdan təhlil etdiyi bu rəsmlər XIX əsrin əvvəllərində Qafqaz xalqlarının həyatına dair dəyərli bir etnoqrafik mənbədir.

Etnoqrafiyada təsviri sənət mövzusuna müraciət xüsusi diqqət yetirilməli bir məsələdir. Etnoqrafiya elminin çoxəsrlik tarixində təsviri sənət çox zaman etnoq-rafların maraq dairəsində olmuşdur. Keçmişdə rəssamlar, bəzən, hətta müxtəlif təhlükə və çətinliklərə baxmayaraq, etnoqraflarla birgə ekspedisiyalara getmiş, onların yolyoldaşı olmuş, etnoqrafin gözündən qaçan məqamları da görə bilmişlər. Xalqların ənənəvi mədəniyyətinin tərkib hissəsini təşkil edən yaşayış yerləri, geyimlər, bəzək əşyaları və əmək alətləri ilə bağlı məsələlərdə bu özünü daha qa-barıq göstərir.

Rəssamlıq sənəti etnoqrafiyada həmişə yüksək dəyərləndirilmişdir. Belə ki, etnoqrafiyada müxtəlif janrlarda olan rəngkarlıq incilerinin şərhinə dair bütöv elmi istiqamət mövcuddur. Məsələn, XIX əsrdə yaşamış Amerika rəssamı Corc Katlin 8 il hindu tayfalarının həyatını öyrənmiş və onların bir çox nümayəndə¬lərinin portretlerini qələmə almışdır. Pol Qoqenin Polineziyada çəkdiyi rəsmlər də, heç şübhəsiz, bu qəbildəndir.

XIX əsrdə bir çox rus rəssamları, 0 cümlədən Q.Q.Qaqarin, V V Vereşşagin, T.Qorşelt, K.P.Beqqrov Qafqazda olmuş, etnoqrafik baxımdan maraqlı və zəngin sənət əsərləri yaratmış lar. Görkəmli rəssam, knyaz Q. Q. Qaqarini ümumilikdə Qafqazı və Qafqaz xalqlarını geniş ictimaiyyətə yaxından tanıdan ilk sənətkar¬lardan biri kimi qiymətləndirmək olar. Onun rəsmləri qafqazlıların məişətinin müxtəlif sahələrinə həsr olunmuş süjetlərlə zəngindir. Rəssam T. Qorşeltin şahi¬di olub təsvir etdiyi səhnələr, rastlaşdığı ayrı-ayrı şəxslər, 0 cümlədən müxtəlif yaş qruplarına və sosial zümrələrə mənsub olan insanların rəsmləri xüsusi ma¬raq doğurur.

Qafqazın bənzərsiz təbiəti və mədəniyyəti bir çox hallarda hətta təsviri sə¬nətdən uzaq olan məmurların, zabitlərin diqqətini cəlb etdiyindən, onlar da buna etinasız qalmamış, bacarıqları və imkanları daxilində bu diyarın təbiətini təsvir etməyə çalışmış, yerli əhalinin ayrı-ayrı nümayəndələrinin şəkillərini, müxtəlif regionlarda aparılmış döyüş səhnələrini qələmə almağa təşəbbüs gös tərm işlər.

یازیچی لار:
یایین لایان:
Azerbaycan
یایین ایلی:
2014 (میلادی)
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز