Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Tar Piyano Üçün Piyesler Məcmuəsi –Toplaği- Haciyev-Quliyeva-1980 – 79s
Tar Piyano Üçün Piyesler Məcmuəsi –Toplaği
Haciyev-Quliyeva
1980
79s
-----------------
Fortepiano - simli-klavişli musiqi aləti . Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə "forte" - möhkəm, piano isə "səssiz" deməkdir.
Tarixçə
Hələ qədim zamanlarda Yunanıstanda "monoxord" (yunanca "monos" – tək, "chorde" – sim) adlanan musiqi aləti mövcud olmuşdur. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonralar qutuya birləşdirilən simlərin sayı artdı (iki, üç, dörd və s.) alətdə simləri barmaqla dartaraq və ya xüsusi muzrabla (mediatorla) bəzən isə balaca çəkiclərlə simlərə vuraraq çalırdılar.
Əsrlər ötdükcə bu alət təkmilləşmiş, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura – yəni bir neçə cərgədən ibarət klavişlər (latınca "clavis" – açar deməkdir) yerləşdirilmişdir. Ifaçı klavişlərə basdıqda metal lövhələr simlərə dəyərək səs yaradırdı. "Klavikord" (latınca "clavis" və yunanca "chorde" sözlərindən) adlanan bu alətin yaranması XII əsrə təsadüf edir. [2]
Sonralar tədricən təkmilləşən klavikorda bir neçə klaviatura birləşdirildi. Pilləvari duzülən klaviaturaların hər biri alətin bir registrinə uyğun gəlirdi. Klavikord əsasən kübar cəmiyyətinə xas alət olub, zəngin naxışlarla bəzədilir, qiymətli ağac növlərindən hazırlanırd. XVII əsrin sonunda Fransada klavikordun alt dillərini (müasir royaldakı ağ dilləri) qara ağacdan, üst dilləri isə fil sümüyündən düzəldirdilər. Lakin belə klaviaturada çalmaq çətinlik törədirdi. XVIII əsrdən etibarən klaviaturanın dillərinin rəngi müasir pianino və royalda olduğu kimi qalmışdır.
O, dövrdə müxtəlif ölkələrdə klavikordla yanaşı bir sıra başqa klavişli alətlər də yaranmışdı: klavisimbal, çembalo, vircinal, klavesin.
Öz formasına və səslənmə xüsusiyyətinə görə royala daha yaxın olan klavesinin simləri müxtəlif uzunluqda olurdu. O, XV əsrdə, İtaliyada icad olunub. Klavesinin klavişlərinə birləşdirilmiş, xüsusi dilciklər (əsasən quş lələklərindən hazırlanan) simlərə toxunur və cingiltili səs alınırdı. Onun səsi qu səsi kimi aram-aram və zəifdir.
Alətdə rəngarəng səslənmə keyfiyyəti əldə etmək məqsədilə ustalar müxtəlif üsullar axtarırdılar. Nəhayət, pedalın-ayaqla basılan xüsusi qarmağın vasitəsilə səsin gücünü azaltmaq və artırmaq mümkün oldu.
Klavesin yalnız salon aləti olmayıb, tədricən müxtəlif ansambl və orkestrlərin tərkibinə daxil edilir. XVII-XVIII əsrdə klavesin solo aləti kimi də məşhurlaşır. Bu dövrün görkəmli bəstəkarları klavesin üçün xüsusi pyeslər bəstələmişlər. Musiqi tarixində onları "klavesinistlər" adlandırmışlar. Fransız klavesinistləri – Kuperen, Daken, Ramo klavesin üçün müxtəlif pyeslər, rəqslər (menuet, qavot, riqodon və s.) yazmışlar.
Klavesin alətinin təkmilləşdirilməsi nəticəsində 1711-ci ildə Italiyanın Paduya şəhərində yaşayan klavesin ustası Bartolomeo Kristofori tərəfindən yeni klavişli alət icad edildi. Bu alətdə klavişləri basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə (piano), həm də bərk səslə (forte) çala bilirdi. Elə alətin adı da buradan yaranmışdır – pianoforte, daha sonra isə fortepiano
XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı. Alət dəbə gəldiyi zaman onunla ilk musiqi - rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sırasına daxil oldu. XIX əsr ərzində fortepianonun iki əsas növü formalaşmışdır: I – royal (fransızca – "roual" – şahanə) – yəni üfüqi simlərlə. II – pianino (italyanca "pianino" – kiçik piano) – yəni şaquli simlərlə.
Royaldan daha güclü səslənmə tələb olunan böyük konsert salonlarında istifadə edilir. Pianinoya isə məişətdə rast gəlirik.
XIX və XX əsrin bəstəkarları – Bethoven, Şubert, Şuman, Mendelson, Şopen, Qriq, Çaykovski, Musorqski, Raxmaninov, Skryabin və b. fortepiano üçün çoxlu sayda əsərlər yazmışlar. Bu alətin zəngin ifa imkanları, demək olar ki, bütün musiqi alətlərinin diapazonunu özündə cəmləşdirən geniş diapazonu var. Fortepianoda fleytanın incə, zərif səslənməsindən, bütün bir orkestrin gur səslənməsinədək müxtəlif çalarları əldə etmək mümkündür.
Fortepianonun ifa imkanlarının daha da genişləndirilməsində görkəmli bəstəkar F. Listin xüsusi rolu olmuşdur. O, həmçinin simfonik orkestr üçün yazılmış əsərləri fortepiano üçün köçürmüşdür.
Dahi polyak bəstəkarı F. Şopeni "fortepianonun qəlbi" adlandırmışlar. O, demək olar ki, bütün əsərlərini bu alət üçün yazmışdır F. List və F. Şopen görkəmli bəstəkar olmaqla yanaşı virtuoz pianoçu olmuşlar.
Fortepiano Azərbaycanda
Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir Hacıbəyovun və professional musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.
1925-1945-ci illər ərzində Ü. Hacıbəyov fortepiano musiqisi sahəsinə müraciət edərək, uşaqlar üçün pyeslər bəstələmişdir. Bu pyeslər xalq mahnılarının, muğam melodiyalarının kiçik həcmli işləmələridir (2-5 sətirlik); onlardan bəziləri ansambl tərzində verilmişdir.
1920-ci illərin əvvəllərində Ü.Hacıbəyovun təşəbbüsü ilə xüsusi Türk musiqi məktəbi təsis olundu. Bu məktəbin ilk tələbələrindən biri Asəf Zeynallı idi. O, fortepiano musiqisi sahəsində bir sıra maraqlı əsərlər bəstələmişdir ki, onlar bu günə kimi öz əhəmiyyətini itirməmişdir. A. Zeynallı milli musiqi elementlərin avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Məsələn, A.Zeynallının «Uşaq süitası»nda Azərbaycan musiqisinin milli elementlərinin (6/8-lıq ritmi, təkrarlıq, materialın inkişafındakı variasiyalılıq, şur ladının intonasiyaları) qərbi avropa musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulduğunu görürük.
Tar Piyano Üçün Piyesler Məcmuəsi –Toplaği- Haciyev-Quliyeva-1980 – 79s | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 32.65 MB | فورمات : Pdf | گؤرونتولندی : 1496 | خطانی بیلدیرمک |