یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Topqapı Sarayı Xezineleri-Möhteşem Süleyman Çağı-Cihan Arın-1988-249s

5321
0
2017/6/5
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Topqapı Sarayı Xezineleri-Möhteşem Süleyman Çağı-Cihan Arın-1988-249s

 

Topqapı sarayı (türk Topkapı Sarayı və ya osmanlıca:طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən, 400 il ərzində (1465-1856-cı illər) Osmanlı sultanlarının iqamətgahları olmuş saray kompleksidir.[2]

Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən “İstanbulun tarixi ərazisi”nin tərkibində UNESCOÜmumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə “Osmanlı dövrü [...] saraylarının ən yaxşı nümunələrindən biri” kimi təsvir edilir.[3]

Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı[2] saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir.[2] Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanmışdır. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılmışdır. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlamışdır.[4] 1509-cu il zəlzələsi və 1665-ci il yanğınından sonra sarayda əsaslı bərpa işləri aparılmış və saray genişlədilmişdir.

XVII əsrdən etibarən iqamətgah kimi saray əhəmiyyətini itirir, sultanlar daha çox Bosfor sahillərində inşa edilmiş saraylarda yaşamağa üstünlük verirlər. 1856-cı ildə Sultan I Əbdülməcid iqamətgahı şəhərin ilk Avropa stilli sarayı olan, yeni tikilmiş Dolmabağça sarayına köçürmək qərarına gəlir. Lakin, hökmdar xəzinəsi, kitabxana və sair funksiyaları yenə də Topqapı sarayı yerinə yetirirdi.

1923-cü ildə Osmanlı imperiyasının süqutundan sonra, 1 aprel 1924-cü ildə verilmiş hökumət fərmanı ilə saray imperiya dövrü muzeyi elan edilmişdir. Topqapı Saray Muzeyi Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Saray kompleksinə yüzlərlə otaqlar və zallar daxil olsa da, onlardan ən vacibləri bu gün ictimayət üçün açıqdır. Saray kompleksi nazirliyin nümayəndələri, o cümlədən Türk ordusu tərəfindən qorunur. Osmanlı memarlığının ən gözəl nümunələrini özündə birləşdirən sarayda çini, geyim, odlu silah, zireh, qalxan, Osmanlı miniatürləri, İslam əlyazmaları və divar rəsmləri, həmçinin Osmanlı xəzinəsinə aid olan zinət əşyaları nümayiş olunur.

QAYNAQ

یازیچی لار:
یایین ایلی:
1988 (میلادی)
صحیفه لر:
249
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Türkçe

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز