Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
-Türkçülüyün qurbanları Qazaxıstan - Ali Şamil
Bilgisayarın həyatımıza daxil olması nəşriyyat işlərini də asanlaşdırdı. Kitabların illərlə mətbəələrdə, nəşriyyatlarda növbə gözləməsinə son qoyuldu. Beləcə müəlliflər yalnız fikirlərini oxuçuya tez çatdırmaq imkanı əldə etmədilər, həm də kitablarda müəlliflər, naşirlər tərəfindən yol verilmiş yanlışılqları qısa müddətdə düzəltmək mümkü oldu.
Belə ki, kitabın nəşrində sonra oradakı yanlışlıqları düzəldib təkrar nəşr etmək və ya elektron variantını saytlarda yerləşdirmək problemi həll etmək olur.
“Türkçülüyün qurbanları. (Qazaxıstan)” kitabı nəşr edildikdən sonra orada bəzi yanlışlıqlar aşkarlandı. Bu yanlışlıqların bir çoxunun diqqətsizlikdən baş verdiyini ayıq oxucu hiss edir. Məslən, “Ruslara xidmət edən vətənpərvər xan nəvəsi Şokan Valixanov” məqaləsində (səh.21) yazılıb: “İşğalçı Rusların köləsi kimi deyil, xalqına bağlı bir ruhda böyüdüyünə görə Ayxanın tərəfini tutan soltanlar və bəylər Şinğısı (Çingiz) 1834-cü ildə “böyük soltan” elan etdilər. 1935-ci ilin noyabrında isə “böyük soltan” elan edilən Şinğısı (Çingiz) oğlu Şokan dünyaya gəlir”.
Yanlışlıq açıq aydın, göz qabağındadır. 1835 əvəzinə 1935 yazılmışdır. Ayıq oxucu bu rəqəmin yanlış olduğunu həmən dəqiqə anlayır. Bilir ki, “böyük soltan” elan ediləndən 101 il sonra Şinğısı (Çingiz) övladı dünyaya gələ bilməzdi. Şokanın ömür yolu da 1835-1865-ci illəri əhatə edir...
Yaxut “Vahid Türk-Tatar Dövləti qurmaq istəyən kommunist Sandjar Asfandiyarov” məqaləsinin sonunda “KQB tərədində həbs edilən Sandjar Asfandiyarovu uzun və
-Türkçülüyün qurbanları Qazaxıstan - Ali Şamil | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 9.67 MB | فورمات : Doc | گؤرونتولندی : 576 | خطانی بیلدیرمک |