Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Yüz Bayatı-Toplayan-Masume Qulamnejad Bazkiyani-Çevri-Sediq-Düzgün+Cebrayil Böyük Mercanli Çevresi Bayatıları- Kemaloğlu
Yüz Bayatı-Toplayan-Masume Qulamnejad Bazkiyani-Çevri-Sediq-Düzgün-Ebced-1388-64s
+Cebrayil Böyük Mercanli Çevresi Bayatıları-Muhemmed Kemaloğlu
Bayatı Ne Demek Şiir Türü
Bayatı Nedir, Bayatı Şiir Türü Hakkında Bilgi
Bayatı, daha çok Azerbaycan’da ve Doğu Anadolu’da yaygın olan halk şiiri türü. Anadolu’da mani denen ve genellikle yedi heceli dörtlüklerden oluşan şiir türüne benzer. Bayatılar da, manilerde olduğu gibi birinci, ikinci ve dördüncü dizeleri uyaklı olmak üzere söylenir. Genellikle aşk, gurbet, özlem, yurt sevgisi, yiğitlik konularım işler. Bayatılar, Azeri aşıklarının saz eşliğinde söylediği ve ilk dizelerinde mahlaslarını bildirdiği bireysel yaratmalar olarak da dikkati çeker. Bunlarla, söyleyeni belli olmayan anonim halk edebiyatı ürünü bayatılar birbirinden ayrıdır. Azerbaycan’da Lale, Azizi, Sarı Âşık, Zeynep, Âşık Şemşir, Pernaz gibi aşıklar bayatı söylemekte ün kazanmışlardır.
Bayat boyuna bağlı topluluklar 16. yüzyıldan sonra Azerbaycan’da yurt tutmaya başladıklarına göre, bayatı da bu yüzyıldan sonra yaygınlık kazanmaya ve bu boyla ilgili olduğu sanılan “bayatı” sözcüğüyle anılmaya başlamış olmalıdır. Bayatıların düz, çığa- lı (cinaslı) ve koşa çığalı (çift cinaslı) diye adlandırılan çeşitleri vardır.
Bayatılar, aynı zamanda bayatı kaçar, bayatı Şiraz ve çoban bayatısı gibi Azeri âşık havalanyla da ilgilidir. Ayrıca aşıklar, saz eşliğinde okudukları uzun destanlardan ve sonu acıklı olarak biten halk öykülerinden sonra bir ya da birkaç bayatıyı kendi makamıyla okurlardı. Doğu Anadolu’da yetişen aşıklardan birçoğunun söylediği destan ve koçaklamaların sonunda bu yapıtlara ait olmak üzere bir ya da birkaç dörtlük bayatı bulunması da gelenek olmuştur.
Məzmun
Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. [1] Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır. [2]
Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.
Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?
Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni
Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;
Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni
Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:
Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.
Vətən bayatıları[redaktə | əsas redaktə]
Arzu Rzayev - Həsrət bayatıları - musiqi: Eldar Mansurov, söz: Piruz Dilənçi
Gülağa Məmmədov - Şirin dil - musiqi: Emin Sabitoğlu, söz: xalq
Hacıbaba Hüseynov - Tikdim ki, izim qala - musiqi: Vaqif Mustafazadə, söz: xalq
Nəzakət Teymurova - Əzizinəm, Qarabağ - xalq mahnısı
Nuriyyə Hüseynova - Bayatılar
20 Yanvar Şəhidlərinə ağılar - musiqi Flora Kərimova, söz: Flora Kərimova və ağılar
Şəhidlər bayatıları. - musiqi Oqtay Kazımi, söz: Bəxtiyar Vahabzadə
Qürbət bayatıları. - musiqi Oqtay Kazımi, söz: Cabir Novruz
Sevgi bayatıları[redaktə | əsas redaktə]
Mübariz Tağıyev - Bağçadan gələn səs - musiqi: Eldar Mansurov, söz: xalq
Brilliant Dadaşova - Bayatılar - musiqi: Eldar Mansurov, söz: xalq
Brilliant Dadaşova - Əzizim, yarımgilə - musiqi: Cavanşir Quliyev, söz: xalq
Brilliant Dadaşova - Bu qala daşlı qala - xalq mahnısı
Alim Qasımov və Naibə Beydullayeva - Bayatılar - musiqi: Vaqif Gərayzadə, söz: xalq
Elmira Rəhimli - "Dəli Kür" filmindən bayatılar - musiqi: Cahangir Cahangirov, söz: xalq
Qədir Rüstəmov - Neyçün gəlməz - musiqi: Şəfiqə Axundova, söz: Şövkət Məmmədova
Qədir Rüstəmov - Sona bülbüllər - söz: xalq
Yalçın Rzazadə - Əzizim baxtı yarım - musiqi: Emin Sabitoğlu, söz: xalq
Məmməd Salmanov - Aşığın arzuları - musiqi: Emin Sabitoğlu, söz: xalq
Nərminə Məmmədova və Sinan Səid - Şirindir, yaxud O yana döndər məni - Kərkük bayatıları
Sara Qədimova - Yar, haralısan - musiqi: Səid Rüstəmov, söz: xalq
Rübabə Muradova - Getmə, getmə, gəl - musiqi: Səid Rüstəmov, söz: xalq
Arif Babayev - Gəl, maralım - söz: xalq
Flora Kərimova - Maralım, gəl - musiqi: Səid Rüstəmov, söz: xalq
Flora Kərimova - Naçaram - musiqi Oqtay Kazımi, söz: xalq
Məmmədbağır Bağırzadə - Aman Tello - musiqi Oqtay Kazımi, söz: xalq
Aşıq Samirə - Aman Tello - xalq mahnısı
Şövkət Ələkbərova - Aman ayrılıq - musiqi: Polad Bülbüloğlu
Zeynəb Xanlarova - Gəl mənim, Leylam musiqi: Zeynəb Xanlarova
Səkinə İsmayılova - Elə bəndəm (Arazam, Kürə bəndəm...) - xalq mahnısı
Tünzalə Ağayeva - Ay qaşı-gözü qara qız (Tellərini yan dara, qız) - xalq mahnısı
Rəşid Behbudov - Bayatılar (Bağımda üzüm qaldı) - xalq mahnısı
Rəşid Behbudov - Güləbatın - xalq mahnısı
Rəşid Behbudov - Qoy gülüm gəlsin, ay nənə - xalq mahnısı
Baba Mahmudoğlu - Qara gözlər
Qarışıq mövzuda bayatılar[redaktə | əsas redaktə]
Sarı Aşıq - Bayatılar
İslam Rzayev - Qəşəngdir
Təyyar Bayramov - Qurban olum o gözlərə (Onu demə, zalım yar) - xalq mahnısı
Lütfiyar İmanov - Ay Laçın... - xalq mahnısı
Zeynəb Xanlarova - Şirvan gözəlləri - musiqi: Oqtay Rəcəbov, söz: xalq
"Sevil" vokal ansambli - Bayatılar - musiqi: Oqtay Rəcəbov, söz: xalq
Çoban Bayatı. - musiqi: Oqtay Kazımi, söz: Ramiz Heydər
Yüz Bayatı-Toplayan-Masume Qulamnejad Bazkiyani-Çevri-Sediq-Düzgün+Cebrayil Böyük Mercanli Çevresi Bayatıları- Kemaloğlu | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 582.37 KB | فورمات : Pdf | گؤرونتولندی : 960 | خطانی بیلدیرمک |
Yüz Bayatı-Toplayan-Masume Qulamnejad Bazkiyani-Çevri-Sediq-Düzgün+Cebrayil Böyük Mercanli Çevresi Bayatıları- Kemaloğlu | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 2.48 MB | فورمات : Pdf | گؤرونتولندی : 981 | خطانی بیلدیرمک |