Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Şəxs Adlarının İzahlı Luğəti- Aydın Paşayev - Alime Beşirov
İnsanları bir-birindən fərqləndirməyə xidmət edən şəxs adlarmm tarixi xalqımızm dili və tarixi qədər qədimdir. Adlar zaman keçdikcə cə¬miyyətin inkişafı ilə yanaşı zənginləşmiş, təkmilləşmiş, bəziləri sıradan çıxmış və həyatda baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrlə əlaqədar olaraq yaranan adlarla əvəz olunmuşdur. Onlar xalqımızm dünyagörüşü, elmi-mədəni səviyyəsi, istək və arzusu, xoşbəxt həyat uğrunda mübarizəsi, təbiət, cəmiyyət və kainat haqqmdakı bilik və təsəvvürləri, milli psixologiyası, məişət və əmək fəaliyyətləri ilə əlaqədar olaraq yaranmış və bu proses indi də davam etməkdədir.
Əsasən ümumi sözlərdən düzələn şəxs adlarının toplanması və lüğət halına salınması sahəsində son 35-40 ildə xeyli iş görülmüşdür. Hələ "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (Bakı, 1960) 1000¬dən çox (670-i kişi, 380-i isə qadın) şəxs adının siyahısı verilmişdi. Ə.Abbasov və Ə.Əfəndizadənin "Məktəblinin orfoqrafiya lüğəti"ndə isə yazılışı çətin olan əsl adlar siyahısının (oğlan və qız adları ayrılıqda) əlavə olunmasının böyük praktik əhəmiyyəti var idi (Bakı, 1971(.
Şəxs adları ilə əlaqədar olan xüsusi lüğətin hazırlanması M.Ço-banovun adı ilə bağlıdır. O,"Azərbaycan şəxs adları" (Bakı, 1981) adlı lüğətində 2000-ə qədər (700-dən çox kişi, 1000-dən çox qadın, 100-ə qədər həm kişi, həm də qadın adı kimi işlənən müştərək) adın siyahısını vermişdir. B.Abdullayev isə "Azərbaycan şəxs adlarının izahlı lüğəti" (Bakı, 1985) adlı kitabında 1000-ə qədər kişi və qadın adını izah etmişdir. O.Mirzəyevin "Adlarımız" (Bakı, 1986) adlı kitabında bir sıra adlar izah edilmiş və kitabın sonunda 1380 (935 kişi, 445 qadın) adın siyahısı verilmişdir. M.Şirəliyev, B.Abdullayev, Ş.Sədi¬yevin birlikdə hazırladıqları "Azərbaycan şəxs adları" (Bakı, 1987) adlı kitabda isə 1400 (668 kişi, 732 qadın) adın Azərbaycan və rus dilində siyahısı verilmiş, sonra isə 1388 (665 kişi, 723 qadın) adın leksik mənası izah edilmişdir..
Azerbaycan Şexs Adlarının İzahlı Luğeti Aydın Paşayev Alime Beşirov Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 30.52 MB | فورمات : Pdf | گؤرونتولندی : 1268 | خطانی بیلدیرمک |
Ela