Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azərbaycan Türkcəsinin Düzgün Yazı Qaydaları - Arif Rəhimoğlu
Bu gün Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunu1 (problemi) ilə üz-üzəyik. Kimlərsə bu önəmli sorunu düşünmür, kimlərsə özünü görməməzliyə vurur, kimlərsə sorunun varlığını danır, kimlərsə də daha çox Azərbaycanın güneyində özümlü ədəbi dil quruculuğundan söz açır. Bizi isə ilgiləndirən Bütöv Azərbaycanda, yəni Azərbaycanın həm quzeyində, həm də güneyində eyni bir ədəbi dilin işlədilməsi və buradan irəli gələn Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunudur. Azərbaycan türkcəsi ədəbi dilinə yönəlik ayrı-ayrı araşdırmalarda bəzən Azərbaycanın güneyində ”sıfırdan başlayan ədəbi dil”, ”dondurılmış ədəbi dil normaları”, ”ədəbi dil normalarının Güney variantı – Guzey variantı” vb. (və başqa) məsələlərdən danışılır. Biz bu anlayışlar üzərində geniş dayanmaq düşüncəsində deyilik. Bəllidir ki, Azərbaycanın güneyində türk milli varlığı ilə fars şovinizmi arasında bir milli-siyasi savaş gedir və ədəbi dil sorunu da bu milli-siyasi savaşın tərkib hissəsidir. Biz bu əsəri hazırlayarkən dilçilik üzrə sıradan bir araşdırma aparmaq özülündən yox, həmin milli-siyasi savaşa qatılaraq milli varlığımızın qorunub yüksədilməsi yolunda çarpışan insanlarımıza yardım göstərmək özülündən yola çıxdıq. Düşündük ki, öz dilimizdə məktəbi olmayan, daha doğrusu, öz dilimizdəki məktəbləri qapadılan, öz dilimizdəki kitabları zaman-zaman yandırılan, ancaq fars şovinizminə qarşı mübarizəni kəsintisiz sürdürən bu ərdəmli insanlarımızın ədəbi dilimizlə bağlı daha da bilgilənmələrinə və həm nəzəri yöndən düşüncələrinin durulmasına, həm də təcrübi yöndən ədəbi dilimizdə düzgün yazı qaydalarına yiyələnmələrinə – ədəbi dilimizin imla (orfoqrafiya) və durğu iĢarələri (punktuasiya) normalarını öyrənmələrinə kömək edək. Bu gün Azərbaycanın güneyində ədəbi dilimizin çağdaş gəlişmə sürəci ilə bağlı iki yön getdikcə daha çox qabarmaqda və fars şovinizminə qarşı uğurlu mübarizəsi ilə seçilməkdədir: 1. bəlli bir sürə kəsintiyə uğradılmış minillik ədəbi dilimizin çağdaş normalar sisteminin yenidən standartlaşdırılması yönü; 2. Azərbaycan türkcəsi ədəbi dilinin bütövləşməsi və güneyli-quzeyli Bütöv Azərbaycanda yenidən vahid ədəbi dilin işlənməsi yönü.
Azərbaycanın güneyində 1920-ci illərdən bəri fars şovinizminin ədəbi dilimizə qarşı sərgilədiyi insanlığa yaraşmaz vəhşiliklərin hələ də davam etməsi, hələ də doğma ana dilimizdə məktəblərin olmaması və ədəbi dilimizin tədrisə, toplum yaşamının bir çox önəmli alanlarına (sahələrinə) yaxın buraxılmaması ona gətirib çıxarmışdır ki, insanlarımızın çoxu öz ana dilində doğru-düzgün yazıb-oxumağı bacarmır. Təbii ki, bu durum belə qala bilməz və ..
Azerbaycan Türkcesinin Düzgün Yazı Qaydaları Arif Rehimoğlu Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 1.37 MB | فورمات : Pdf | گؤرونتولندی : 831 | خطانی بیلدیرمک |