Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Gülüstani Irəm - A Bakıxanov
Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu Azərbaycan tarixinə aid yazılmış əsərlərdən biri olan “Gülüstaniİrəm”i Azərbaycan dilində birinci dəfə olaraq nəşr edir. «Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmirəcan kəndində anadan olmuşdur. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir. 1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə gədər yüksəlir. A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olmuşdur. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və güdrətli bir ölkə olduğunu dərindən başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq giymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dininin təsirindən qurtarmamış, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. Şübhə yoxdur ki, A. Bakıxanovun idealist dünyagörüşü onun mənsub olduğu iri feodal sinfinin ideolojisı ilə sıxı sürətdə əlaqədardır. …Bakıxanov idealistdir, ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır… Həqiqətdə Bakıxanov bəylərin və xanların silk imtiyazlarını müdafiə edirdi. A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstaniİrəm » əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. A. Bakıxanova gədər, Azərbaycan tarixinə..
Gülüstani Irem A Bakıxanov Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 7.74 MB | فورمات : Pdf | گؤرونتولندی : 847 | خطانی بیلدیرمک |